Sizlərə SEO sahəsini tam öyrənəcəyiniz bir məqalə hazırladım. Məqaləni tam oxuyaraq SEO-nu dərindən biləcəksiniz. Elə isə vaxtını itirmə indi başla.
Table Of Content
- SEO nədir? Axtarış Motoru Optimizasiyası
- SEO-nun açılışı necədir?
- SEO necə işləyir? Botların işləmə prinsipi
- Saytın yoxlanması (Crawling)
- İndekslənmə (Indexing)
- Sıralama (Ranking)
- SEO növləri
- On-page SEO
- Off-page SEO
- Texniki SEO
- Local SEO
- SEO-ya təsir edən addımlar
- Link strukturu necə olmalıdır?
- Heading strukturu necə olmalıdır?
- Meta title yazmaq qaydası
- Backlink analizi
- Sitemap necə olmalıdır?
- Robots.txt faylı quraşdırmaq
- SEO ilə satışımı necə artıra bilərəm?
- Açar söz araşdırması
- SEO üçün Google uzantıları
- SeoQuake uzantısı
- Detailed SEO uzantısı
- SERP analyzer uzantısı
- SERP-i başa düşmək SEO-nu başa düşməkdir – SERP nədir?
- SEO performansımı necə ölçə bilərəm?
- SEO Strategiyası necə qura bilərəm?
- SEO Xidməti ilə pul qazanmaq
- Tez-tez verilən suallar (FAQ)
- SEO nəticələri nə qədər müddətə görünür?
- SEO pulsuzdur, yoxsa ödənişlidir?
- SEO ilə reklam (Google Ads) arasındakı fərq nədir?
- Saytım niyə Google-da görünmür?
- SEO üçün ən vacib faktorlar hansılardır?
SEO nədir? Axtarış Motoru Optimizasiyası
SEO (Search Engine Optimization) — vebsaytın axtarış motorlarında (Google, Bing və s.) daha yüksək mövqelərdə görünməsi üçün edilən optimizasiya prosesidir. SEO-nun əsas məqsədi orqanik (reklamsız) trafik əldə etmək və düzgün auditoriyanı sayta cəlb etməkdir. Düzgün qurulmuş SEO strategiyası ilə saytınız daha çox istifadəçiyə çatır, brend tanınır və satışlar artır.
SEO-nun açılışı necədir?
SEO termini ingiliscə “Search Engine Optimization” sözlərinin qısaltmasıdır. Azərbaycan dilində isə bu, “Axtarış Motoru Optimizasiyası” kimi tərcümə olunur. Bu proses saytın texniki, məzmun və nüfuz baxımından optimallaşdırılmasını əhatə edir.
- Search – Axtarış
- Engine – Sistem (Google, Bing və s.)
- Optimization – Optimallaşdırma
SEO necə işləyir? Botların işləmə prinsipi
Axtarış motorları xüsusi botlar (crawlerlər) vasitəsilə internetdəki saytları analiz edir və indeksləyir. Bu proses 3 əsas mərhələdən ibarətdir:
- Botlar saytları skan edir
- Məzmunu anlayır
- Keyfiyyətə görə sıralayır

Saytın yoxlanması (Crawling)
Botlar saytınızı skan edir, səhifələri və linkləri tapır. Əgər sayt düzgün qurulmayıbsa, botlar bəzi səhifələri görə bilməyə bilər.
İndekslənmə (Indexing)
Tapılan səhifələr axtarış motorunun bazasına əlavə olunur. Bu mərhələdə məzmunun keyfiyyəti və strukturu çox önəmlidir.
Sıralama (Ranking)
İndekslənmiş səhifələr istifadəçinin axtarışına uyğun olaraq sıralanır. Burada yüzlərlə faktor rol oynayır: açar sözlər, backlinklər, istifadəçi təcrübəsi və s.
SEO növləri
SEO bir neçə istiqamətə bölünür:
On-page SEO

Sayt daxilində edilən optimizasiyadır. Buraya məzmun, başlıqlar, meta taglər və açar söz istifadəsi daxildir. Yəni siz bu hissədə yalnız sayt daxilində işlər görəcəksiniz.
Off-page SEO

Sayt xaricində edilən işlərdir. Əsasən backlink (digər saytlardan gələn linklər) üzərində qurulur. Yəni bu hissədə siz sayt xaricində vebsaytınıza trafik çəkmək üçün işlər görəcəksiniz.
Texniki SEO

Saytın texniki tərəflərinin optimallaşdırılmasıdır: sürət, mobil uyğunluq, kod strukturu və s.
Local SEO
Yerə bağlı bizneslər üçün optimizasiyadır. Məsələn, “Bakıda restoran” kimi axtarışlarda görünmək üçün istifadə olunur.
SEO-ya təsir edən addımlar
SEO nəticələrinə birbaşa təsir edən əsas faktorlar bunlardır:
Link strukturu necə olmalıdır?

URL-lər qısa, aydın və açar söz ehtiva etməlidir. Məsələn:site.com/seo-nedir daha effektivdir. URL-də bizim hərflər ə, ö, ü, ğ, ı və s hərflər olmamalıdır.
Heading strukturu necə olmalıdır?

H1 yalnız bir dəfə istifadə olunmalı, H2 və H3 isə məqaləni strukturlaşdırmaq üçün düzgün paylanmalıdır.
Meta title yazmaq qaydası

Meta title 50-60 simvol arası olmalı və əsas açar sözü ehtiva etməlidir. İstifadəçini klik etməyə təşviq etməlidir. Meta title-da yaxşı olar ki, açar söz cümlənin əvvəlində gəlsin və rəqəm isttifadə edəsiniz.
Backlink analizi
Keyfiyyətli və nüfuzlu saytlardan gələn backlinklər SEO üçün çox vacibdir. Spam linklərdən uzaq durmaq lazımdır.
Sitemap necə olmalıdır?
Sitemap (site xəritəsi) botların saytınızı daha rahat analiz etməsinə kömək edir. Mütləq sayta əlavə olunmalıdır. Sitemap-in linkini Search Console alətində sitemap hissəsinə əlavə etmək mütləqdir.
Sitemap qurmaq üçün sizə effektiv bir alət təqdim edirəm. Sitemap Alətinə keçid edin.
Robots.txt faylı quraşdırmaq
Bu fayl botlara hansı səhifələri yoxlayıb, hansını yoxlamamalı olduğunu bildirir. Lazımsız səhifələri disallow etməlisiniz.
SEO ilə satışımı necə artıra bilərəm?
SEO vasitəsilə düzgün açar sözlərə fokuslanaraq hədəf auditoriyanı saytınıza cəlb edə bilərsiniz. Məsələn, “ucuz telefon” axtaran istifadəçi artıq alış niyyətindədir. Bu tip açar sözlər satış konversiyasını artırır. Eyni zamanda sürətli sayt, yaxşı dizayn və düzgün CTA (Call to Action) da satışlara müsbət təsir edir.
Açar söz araşdırması
SEO-nun ən vacib mərhələlərindən biridir. İstifadəçilərin hansı sözləri axtardığını tapmaq və həmin sözlərə uyğun kontent yaratmaq lazımdır. Uzun quyruqlu açar sözlər (long-tail keywords) daha az rəqabətli və daha effektiv olur.
Açar söz araşdırması üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
SEO üçün Google uzantıları
SEO işlərini asanlaşdırmaq üçün müxtəlif Chrome uzantıları mövcuddur:
SeoQuake uzantısı
Saytın SEO göstəricilərini analiz edir: domain authority, backlink sayı və s.
Detailed SEO uzantısı
Səhifənin texniki SEO elementlərini detallı şəkildə göstərir.
SERP analyzer uzantısı
Axtarış nəticələrində rəqibləri analiz etməyə kömək edir.
SERP-i başa düşmək SEO-nu başa düşməkdir – SERP nədir?

SERP (Search Engine Results Page) — istifadəçinin etdiyi axtarışdan sonra qarşısına çıxan nəticə səhifəsidir. Burada saytların sıralanması SEO uğurunun əsas göstəricisidir. İlk səhifədə çıxmaq daha çox trafik deməkdir.
SEO performansımı necə ölçə bilərəm?
SEO nəticələrini ölçmək üçün aşağıdakı alətlərdən istifadə edə bilərsiniz:
- Google Analytics – Vebsaytınıza gələn müştərilərin davranışlarını ölçə bilərsiniz.
- Google Search Console – Vebsaytınıza daxil olan traffikləri, vebsayt xətaları, indeks məlumatlarını görə bilərsiniz.
- Açar söz sıralamaları – hansı mövqedə olduğunuzu göstərir
Əsas metriklər: trafik, bounce rate, conversion rate və açar söz sıralamalarıdır.
SEO Strategiyası necə qura bilərəm?
Uğurlu SEO strategiyası üçün bu addımları izləyin:
- Açar söz araşdırması edin
- Rəqibləri analiz edin
- Keyfiyyətli kontent (bloq) yaradın
- Texniki SEO-nu optimallaşdırın. (Xətaları aşkar edin, vebsaytınızın sürətini artırın)
- Backlink strategiyası qurun.
- Nəticələri ölçün və davamlı inkişaf etdirin
SEO uzunmüddətli prosesdir, amma düzgün yanaşma ilə davamlı və yüksək nəticələr əldə etmək mümkündür.
SEO Strategiyası qurmaq üçün sizlərə qlobal vebsaytdan aldığım SEO Checklistini bölüşürəm. Checklisti götürmək üçün aşağıdakı buttona klik edə bilərsiniz.
SEO Xidməti ilə pul qazanmaq
SEO sahəsini öyrənəndən sonra bu sahədə frilans işlər götürərək pul qazana bilərsiniz. SEO sahəsi indiki dövr üçün önəmli və vacibdir. Həmçinin bizneslər üçün də olduqca mühim sahədir. Bu səbəbdən daimi frilans işlərlər təmin oluna bilərsiniz.
SEO xidməti səhifəmə keçid edərək məlumat ala bilərsiniz.
Tez-tez verilən suallar (FAQ)
SEO nəticələri nə qədər müddətə görünür?
SEO qısa müddətli deyil, uzunmüddətli strategiyadır. Adətən ilk nəticələr 1-3 ayda, ciddi nəticələr isə 3-6 ay ərzində görünür.
- Rəqabət səviyyəsindən asılıdır
- Saytın vəziyyəti önəmlidir
- Davamlı optimizasiya tələb olunur
SEO pulsuzdur, yoxsa ödənişlidir?
SEO-nun özü reklam kimi ödənişli deyil, lakin xidmət və alətlər xərc tələb edə bilər.
- Orqanik trafik pulsuzdur
- SEO xidməti pullu ola bilər
- Alətlər (analiz üçün) ödənişli ola bilər
SEO ilə reklam (Google Ads) arasındakı fərq nədir?
SEO və reklam fərqli trafik mənbələridir.
- SEO – uzunmüddətli və davamlı trafik
- Google Ads – ani nəticə verir
- SEO daha etibarlı görünür istifadəçilərə
Saytım niyə Google-da görünmür?
Bunun bir neçə səbəbi ola bilər:
- Sayt indekslənməyib (Google Search Console yoxlanmalıdır)
- Texniki problemlər var
- Kontent zəifdir və ya açar söz uyğun deyil
SEO üçün ən vacib faktorlar hansılardır?
SEO-da uğur üçün əsas faktorlar:
- Keyfiyyətli və unikal kontent
- Doğru açar söz strategiyası
- Güclü backlink profili
- Texniki optimizasiya (sürət, mobil uyğunluq)
Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.
Digər Bloqlar
