Kanan Nasibov
Rəqəmsal Marketinq Mütəxəssisi · CodeON-un təsisçisi · Google Partner
Salam! Mən Kanan Nasibov — Rəqəmsal Marketinq Eksperti, Google Partner və CodeON-un təsisçisiyəm.
İqtisad universitetinin ənənəvi marketinq ixtisasını bitirdikdən sonra rəqəmsal tərəfə keçdim. Səbəb sadə idi: burada hər addımın nəticəsi rəqəmlə ölçülür. Reklamın işlədiyini «hiss etmirsən» — hesabatda görürsən.
Nə ilə məşğulam?
İki istiqamətdə işləyirəm. Birincisi — xidmət: şirkətlərin SEO, Google Ads və SMM fəaliyyətini qururam və idarə edirəm. İkincisi — tədris: öz təcrübəmi kurslarda və mentorluqda paylaşıram.
5 ildən çox təcrübə ərzində bank, fintex, e-ticarət və xidmət sektorlarında 100-dən çox layihədə iştirak etmişəm. Rabitabank, eManat, MPAY, Emsan və SR Group Co kimi şirkətlərlə birbaşa işləmişəm.
Necə işləyirəm?
Heç vaxt «bir aya birinci yerə çıxaracağam» demirəm. Əvvəlcə mövcud vəziyyəti auditlə göstərirəm, sonra real qrafik verirəm və hər ay nəyin dəyişdiyini rəqəmlərlə hesabat şəklində təqdim edirəm.
Müştəri mənim nə etdiyimi bilməlidir. Ona görə hər mərhələni izah edirəm — həm işin gedişini, həm də niyə məhz belə etdiyimi.
Tədris haqqında
Dərslərimdə nəzəriyyəni minimuma endirib real hesablar üzərində işləyirik: canlı kampaniya, canlı sayt, canlı hesabat. Tələbə kursu bitirəndə portfoliosunda göstərə biləcəyi konkret iş olur.
Code Academy, Evo Academy və Div Academy-də dərs demişəm. Bu günə qədər 300-dən çox tələbə kurslarımdan keçib.
Sertifikatlar
30-dan çox rəqəmsal marketinq sertifikatım, o cümlədən 6 beynəlxalq sertifikatım var: Google Ads (Search, Display, Video, Shopping), Google Analytics 4, Meta Blueprint, Microsoft Advertising və CDMP Professional. Google Partner statusunu aktiv saxlayıram.
İşlədiyim şirkətlər
Rabitabank
Digital Marketing ExpertSR Group Co
Head of Digital MarketingMPAY
Digital Marketing SpecialisteManat
Digital Marketing SpecialistEmsan
Digital Marketing SpecialistWebzool Creative
SMM SpecialistCode Academy
Digital Marketing MentorEvo Academy
Digital Marketing InstructorDiv Academy
Digital Marketing InstructorSertifikatlar





