SEO Xidməti

Süni İntellekt və Google axtarışlarında kim görünmək istəməz ki?

199 ₼ -dan başlayır 4-6 nəticə müddəti 70+ tamamlanmış layihə
Nə edirəm

SEO Xidmətinə daxildir

Bu xidməti sifariş etdiyiniz zaman görülən bütün işlər aşağıdadır.

Vebsaytın ümumi analizi
Texniki SEO işləri
On-page SEO
Açar söz araşdırması
SEO tooları ilə analiz
Rəqib araşdırması
Vebsaytın SEO strukturu
SEO xətalarının həlli
Local SEO
Süni İntellekt axtarışları
Bloqların yazılması
SEO Hesabatlıq

SEO Xidməti niyə vacibdir?

SEO xidməti vebsaytın Google və digər axtarış sistemlərində daha yaxşı görünməsinə, daha çox potensial müştəri cəlb etməsinə və uzunmüddətli üzvi trafik qazanmasına kömək edir.

Əsas üstünlükləri:

• Google və Süni İntellektlər-də görünürlüğü artırır – Müştərilər məhsul və ya xidmətinizi axtararkən saytınızın daha yuxarı nəticələrdə görünməsinə şərait yaradır.

• Üzvi trafik gətirir – Reklama hər klik üçün ödəniş etmədən axtarış sistemlərindən ziyarətçi əldə edə bilərsiniz.

• Potensial müştəriləri cəlb edir – SEO düzgün açar sözlər üzərində qurulduqda, artıq konkret məhsul və ya xidməti axtaran istifadəçilər sayta yönləndirilir.

• Brend etibarını gücləndirir – Google nəticələrində yüksək mövqedə olmaq istifadəçidə brendə qarşı daha çox etibar yarada bilər.

• Rəqiblərlə mübarizədə üstünlük verir – Rəqibləriniz SEO-ya investisiya edirsə, optimallaşdırılmamış saytla onları keçmək çətinləşir.

• Uzunmüddətli nəticə yaradır – Ödənişli reklam kampaniyasından fərqli olaraq, SEO nəticələri düzgün strategiya ilə uzun müddət trafik gətirə bilər.

• Saytın texniki keyfiyyətini yaxşılaşdırır – Sürət, mobil uyğunluq, struktur, daxili linklər və digər texniki məsələlər də optimallaşdırılır.

Qısaca: SEO xidməti sadəcə Google-da yuxarı çıxmaq üçün deyil, sayta doğru auditoriyanı gətirmək, görünürlüğü artırmaq və biznes üçün davamlı müştəri axını yaratmaq üçün vacibdir.

Niyə Kənan Nəsibovun SEO Xidməti?

5 ildən artıq təcrübəmə və uğurlu layihələrimə əsaslanaraq sizin vebsaytınızın SEO-nu edərək sizə real nəticələr gətirəcəyimi əminliklə deyirəm. 30-dan çox SEO layihəsində iştirak edərək uğurlu işlərə imza atmışam.

• Münasib qiymət
• 7/24 Suallarınıza cavab
• Real nəticələr
• Satış artımı

Mən uzunmüddətli əməkdaşlığı üstün tuturam. Bunun üçün də müştərilərimə real nəticələr vəd edirəm. Mənim əsas prinsipim müştərimin məmnuniyyətidir.

SEO Xidmətimdən nə əldə edəcən?

SEO xidməti ilə vebsaytını axtarış sistemləri üçün optimallaşdıraraq daha çox potensial müştərinin qarşısına çıxmasına kömək edirəm. Xidmət çərçivəsində yalnız açar sözlərə deyil, saytın texniki vəziyyətinə, kontentinə və istifadəçi təcrübəsinə kompleks yanaşılır.

• Əsas açar sözlərdə yuxarı sıralarda olacaqsan
• Müştəri müraciətlərin artacaq
• Süni İntellekt səni tövsiyə edəcək
• SEO Strategiyan olacaq
• Vebsaytında xeyli istifadəçi artımı olacaq
• Brendin tanınır olacaq çün ki, daim göz önündə olacaqsan
• Satışlarında artım müşahidə olunacaq

Nəticədə məqsəd sadəcə saytını Google-da yuxarı çıxarmaq deyil — Google-dan biznesinə real potensial müştərilər gətirən SEO sistemi qurmaqdır.

Necə işləyirik

SEO Xidməti Prosesi

Hər mərhələdə nə etdiyimi və nəyə görə etdiyimi bilirsiniz.

Görüş

İlk növbədə məhsul, biznes və iş haqqında görüş keçirdirik. Ümumi proseslər haqqında, işlərimiz haqqında və sizin məhsullar haqqında müzakirələr aparırıq.

Qeydlər

Görüş sırasında bütün lazımi qeydləri aparırıq və quracağımız strategiyanı təyin edirik.

Strategiya

Qeydlərə əsasən ümumi strategiyanı yaradırıq. Hansı işlər görüləcək, nələr edəcəyik və hansı nəticəni hədəfləyirik deyə plan yaradacağıq.

İş icrası

Qurduğumuz strategiya əsasında artıq işlərimizin icrasına başlayaraq sizə aylıq reportlar verəcəyik.

Qiymətlər

SEO Xidməti Qiymətləri

Biznesinizin ölçüsünə uyğun paketi seçin. Fərdi tələb varsa, yazın — ayrıca hesablayaq.

SEO Audit

199 ₼ 5/gün
  • Vebsaytın SEO analizi
  • Texniki problemlərin aşkarlanması
  • Rəqib araşdırması
  • SEO həlləri
  • Vebsayt strukturu
  • SEO Hesabatlıq
Bu paketi seç

Premium SEO Xidməti

999 ₼ 4/ay
  • Vebsaytın SEO analizi
  • Texniki SEO
  • On-page SEO
  • SEO Strukturu qurulması
  • SEO Kodlarının yazılması
  • Süni İntellekt axtarışları
  • Aylıq 12 bloq yazılımı
  • Brendin Açar söz araşdırması
  • Rəqib SEO analizi
  • Vebsaytın sürət optimizasiyası
  • Ümumi vebsaytın SEO optimizaisyası
  • Local SEO
  • SEO üzrə Real Nəticə
  • Satış artımının olması
  • Backlink alınması
Bu paketi seç
Suallar

SEO Xidməti üçün verilən suallar

SEO xidməti vebsaytın Google kimi axtarış sistemlərində daha yaxşı mövqelər əldə etməsi üçün həyata keçirilən optimallaşdırma işlərinin bütünüdür. Buraya texniki SEO, açar söz araşdırması, on-page optimallaşdırma, kontent və daxili link strategiyası kimi işlər daxildir.

SEO uzunmüddətli strategiyadır. İlk müsbət dəyişikliklər bir neçə ay ərzində görünə bilər, lakin ciddi və davamlı nəticələr üçün adətən daha uzun müddət tələb olunur. Müddət saytın vəziyyətindən, rəqabətdən və hədəflənən açar sözlərdən asılıdır.

Heç bir SEO mütəxəssisi Google-da konkret mövqeyə zəmanət verə bilməz. SEO-nun məqsədi saytın axtarış nəticələrində görünürlüğünü və mövqelərini yaxşılaşdırmaqdır. Nəticələr rəqabət, axtarış alqoritmləri və saytın vəziyyəti kimi müxtəlif amillərdən asılıdır.

Düzgün SEO strategiyası məhsul və ya xidmətinizi axtaran istifadəçilərin saytınızı daha asan tapmasına kömək edir. Nəticədə üzvi trafik, brend görünürlüğü və potensial müştəri sayının artmasına şərait yarana bilər. SEO xüsusilə uzunmüddətli və davamlı trafik əldə etmək istəyən bizneslər üçün faydalıdır.

Daha çox

Digər xidmətlər

199 ₼ -dan başlayır Qiymət təklifi al