Görüş
Biznes, məhsul və hədəf müştəri haqqında danışırıq. Saytın əsas məqsədini təyin edirik — satış, müraciət, yoxsa portfolio.
Domaindən dizayna qədər açar təslim vebsayt — 350 AZN-dən başlayır
Bu xidməti sifariş etdiyiniz zaman görülən bütün işlər aşağıdadır.
Vebsayt biznesin internetdə özünə aid yeganə yeridir. Instagram səhifəsi bağlana bilər, reklam kabineti dayana bilər, amma domain və sayt sizin adınızadır.
Vebsaytın əsas üstünlükləri:
Etibar yaradır — peşəkar sayt biznesin real olduğunu göstərir.
Google-dan müştəri gətirir — axtarışda görünür, davamlı müraciət axını yaradır.
Reklamın nəticəsini artırır — büdcə səliqəli bir səhifəyə yönəlir.
24 saat satır — onlayn satış saytı siz yatarkən də sifariş qəbul edir.
Ölçülə bilir — hansı səhifəyə kim girdi, hardan gəldi — hamısı rəqəmlə görünür.
Rəqibdən fərqləndirir — şablon sayt eyni təəssüratı buraxmır.
Qısaca: vebsayt xərc maddəsi deyil, biznesin internetdəki bazasıdır.
Rəqəmsal marketinq sahəsində 5 ildən artıq təcrübəm var və saytlara marketoloq gözü ilə baxıram. Mənim üçün sayt sadəcə gözəl görünən səhifə deyil — reklamı gedəndə müraciət gətirən, Google-da görünən, müştərinin tərk etmədiyi sistemdir.
- Domain və hosting də daxil — ayrı-ayrı yerlərlə əlləşmirsiniz
- Şablon deyil, işinizə uyğun dizayn
- Mobil cihazlarda qüsursuz görünüş
- Reklam və SEO nəzərə alınaraq qurulan struktur
- Təhvildən sonra texniki dəstək
- 7/24 suallarınıza cavab
Sayt təhvil veriləndən sonra əlaqə kəsilmir. Admin panelin necə işlədiyini özüm göstərirəm ki, kiçik dəyişikliyi gözləmədən edə biləsiniz.
Sizin üçün sayt qurarkən məqsədim dizayn təhvil vermək deyil — saytın biznesə nə gətirəcəyini əvvəlcədən müəyyən edib ona uyğun qurmaqdır.
- İnternetdə öz adına aid peşəkar vebsaytın olacaq
- Google-da görünməyə hazır struktur alacaqsan
- Reklamı yönəldəcək səliqəli səhifələrin olacaq
- Müştəri müraciətləri bir yerə toplanacaq
- Mobil telefonda da qüsursuz işləyən sayt olacaq
- Kontenti özün dəyişə biləcəyin rahat admin panel olacaq
- Domain və hostinqlə bağlı baş ağrısı olmayacaq
- Problem çıxanda kimə yazacağını biləcəksən
Nəticədə məqsəd sadəcə sayt açmaq deyil — biznesinə müştəri gətirən və illərlə işləyəcək bir sistem qurmaqdır.
Hər mərhələdə nə etdiyimi və nəyə görə etdiyimi bilirsiniz.
Biznes, məhsul və hədəf müştəri haqqında danışırıq. Saytın əsas məqsədini təyin edirik — satış, müraciət, yoxsa portfolio.
Səhifələri və hər səhifədə nəyin olacağını planlayırıq. Nümunə dizaynlardan seçdiyiniz istiqaməti işinizə uyğunlaşdırıram.
Domain və hostinq alınır, dizayn işlək sayta çevrilir. Mobil uyğunluq, sürət və admin panel bu mərhələdə hazırlanır.
Kontentin yerləşdirilməsinə kömək edir, admin paneli göstərirəm. Təhvildən sonra texniki dəstək paketə uyğun davam edir.
Biznesinizin ölçüsünə uyğun paketi seçin. Fərdi tələb varsa, yazın — ayrıca hesablayaq.
Portfolio və vizit saytları adətən 5-10 iş günü, korporativ saytlar 2-3 həftə, onlayn satış saytları isə 3-5 həftə çəkir. Müddət əsasən səhifə sayından və kontentin nə vaxt hazır olmasından asılıdır. Dəqiq tarixi ilk görüşdən sonra, struktur təsdiqlənəndə verirəm.
Domain və hostinqin alınması, səhifə strukturunun planlanması, dizayn, saytın qurulması, mobil uyğunluq, admin panel və kontentin yerləşdirilməsinə dəstək. Təhvildən sonra isə paketə uyğun texniki dəstək davam edir. Yəni ayrı-ayrı adamlarla danışmağa ehtiyac qalmır.
Sizin adınıza. Mən sadəcə alınma və qurulma prosesini aparıram — giriş məlumatları sizdə qalır. Sabah başqa bir mütəxəssislə işləmək istəsəniz, saytı heç bir maneə olmadan götürə bilərsiniz.
Bəli. Mətni dəyişmək, şəkil əvəz etmək, yeni məhsul və ya bloq yazısı əlavə etmək üçün kod bilmək lazım deyil. Təhvil zamanı admin panelin necə işlədiyini addım-addım göstərirəm, lazım olsa video qeyd də qoyuram.
Sayt SEO-ya uyğun strukturla qurulur — səhifə başlıqları, URL-lər, sürət və mobil uyğunluq nəzərə alınır. Amma birinci sıra vəd etmək düzgün olmaz: sıralama rəqabətdən, məzmundan və zamandan asılıdır. Sayt təməli düzgün qoyur, davamlı yüksəliş isə ayrıca SEO işi tələb edir.
SMM Real satış və müştəri gətirən SMM Xidmətimizə mütləq bax
SEO Süni İntellekt və Google axtarışlarında kim görünmək istəməz ki?