Süni İntellekt Promptları PDF — 170 Qısayol Əmri və 52 Hazır Prompt

ChatGPT, Claude və Gemini üçün 170 qısayol əmri və 52 hazır prompt. 30 səhifə, Azərbaycan dilində, ödənişsiz.

Süni İntellekt Promptları

Süni İntellekt Promptları PDF — 170 Qısayol Əmri və 52 Hazır Prompt haqqında

ChatGPT-yə hər dəfə beş sətirlik prompt yazmaqdan bezmisinizsə, bu bələdçi məhz onun üçündür. İçində ChatGPT, Claude və Gemini üçün 170 qısayol əmri var — bir dəfə quraşdırırsınız, sonra /droneview və ya /adcopy kimi tək sözlə işlədirsiniz. Üstəlik hər alət üçün ayrıca 52 hazır prompt — kopyalayıb yapışdırırsınız.

Bələdçi Azərbaycan dilindədir və yerli bazara uyğun qurulub — ingiliscədən tərcümə edilmiş ümumi nümunələr deyil.

Süni İntellekt Promptları PDF-də nələr var?

  • 30 səhifə, Azərbaycan dilində
  • ChatGPT üçün 100 qısayol əmri — vizual, reklam, SEO, kontent, sosial media və analiz üzrə
  • Claude üçün 40 əmr — uzun mətn, sənəd, yazı üslubu, struktur və kod
  • Gemini üçün 30 əmr — Google Sheets, Gmail, Docs və araşdırma
  • 52 hazır prompt — hər üç alət üçün ayrıca, kopyala-yapışdır formatında
  • Əmrləri necə quraşdırmaq lazımdır — ChatGPT, Claude və Gemini üçün addım-addım
  • Prompt yazmağın 5 qaydası — səhv və doğru variant yanaşı nümunə ilə
  • Çap edilə bilən bir səhifəlik xülasə
  • Qiymət: Ödənişsiz

Süni İntellekt Promptları Qısayol əmri nə deməkdir?

Uzun promptu bir sözə yığmaqdır. Məsələn /billboard yazanda model məhsulunuzu küçə reklam lövhəsində göstərir, /adcopy yazanda 5 reklam mətni variantı verir, /mailsum yazanda uzun məktub zəncirini xülasə edir.

Bunlar platformaların hazır funksiyası deyil — siz onları modelə bir dəfə öyrədirsiniz. Bələdçidə həmin quraşdırmanın necə edildiyi (ChatGPT-də Custom Instructions, Claude-da Project instructions, Gemini-də Saved info və Gem) hazır mətn şablonu ilə birlikdə göstərilib.

Süni İntellekt Promptları hansı sahələri əhatə edir?

  • SMM və sosial media — kontent təqvimi, Reels ssenarisi, rəyə cavab, aylıq hesabat
  • SEO — açar söz qruplaşdırma, məqalə brifi, meta mətnlər, schema kodu
  • Reklam — Google Ads başlıqları, Meta kreativləri, mənfi açar sözlər, büdcə hesablaması
  • Vizual və məhsul şəkli — studiya görünüşü, maket, fon dəyişmə, poster kompozisiyası
  • Sənəd və analiz — müqavilə yoxlaması, Excel datası, rəqib analizi, görüş protokolu
  • Yazı və üslub — mətni təbii dilə salmaq, yığcamlaşdırmaq, tonu dəyişmək

Süni İntellekt Promptları PDF-i kimlər üçündür?

  • Marketinq, SEO, SMM və reklam sahəsində işləyənlər
  • Öz biznesini idarə edən və vaxtı az çatanlar
  • Frilans işləyib daha çox sifariş götürmək istəyənlər
  • AI alətlərini sınayıb nəticə ala bilməyənlər
  • Eyni tapşırıqları təkrar-təkrar yazmaqdan bezənlər

Sahə ilə ümumi tanış deyilsinizsə, əvvəlcə Süni İntellekt nədir məqaləmə baxa bilərsiniz. Alətləri ayrı-ayrılıqda öyrənmək üçün ChatGPT, Claude AI və Gemini AI bələdçilərim də var.

Süni intellektlə gəlir qazanmağın yollarını araşdırırsınızsa, Süni intellekt ilə pul qazanmaq məqaləsində 8 real istiqamət yazmışam. Praktiki öyrənmək istəyənlər üçün isə Süni İntellekt Kursum mövcuddur — ChatGPT ilə reklam qurmaq dərsləri isə tamamilə ödənişsizdir.