SMM Təqvimi 2027 — Xüsusi Günlər və Kontent Planı
2027-ci ilin 365 günü üçün xüsusi günlər təqvimi — 25 səhifəlik PDF və hər səhər Telegram kanalına gələn 4 kontent ideyası.
SMM Təqvimi 2027 — Xüsusi Günlər və Kontent Planı haqqında
2027-ci il üçün SMM Təqvimi hazırladım. İlin 365 gününün hər biri üçün Azərbaycan bayramları, matəm və anım günləri, BMT tarixləri, dini günlər və sosial mediada istifadə olunan trend günlər — biri bir yerdə, 539 qeyd.
Təqvim iki hissədən ibarətdir: 25 səhifəlik PDF fayl və qapalı Telegram kanalı. Kanalda hər səhər saat 09:00-da həmin günün adı və o günə uyğun dörd kontent ideyası gəlir.
SMM Təqvimi nədir?
SMM Təqvimi (Social Media Marketing Calendar) sosial mediada paylaşılacaq kontentlərin əvvəlcədən planlaşdırıldığı bir cədvəldir. Bu təqvim vasitəsilə hansı gün, hansı platformada və hansı mövzuda paylaşım ediləcəyi müəyyən olunur.
SMM Təqvimi brendlərə kontenti sistemli idarə etməyə kömək edir. Eyni zamanda xüsusi günləri və kampaniyaları qaçırmamaq üçün effektiv alətdir. Planlı paylaşım sayəsində auditoriya ilə daha stabil əlaqə qurulur, brend sosial mediada peşəkar görünür. Strategiyanı sıfırdan qurmaq üçün SMM nədir məqaləmə baxın.
SMM Təqvimi 2027-də nələr var?
- 365 gün — ilin hər günü, boş gün yoxdur
- 539 qeyd — bayram, anım günü, beynəlxalq və trend günlər
- 7 kateqoriya — hansı günün kampaniyaya, hansının sakit paylaşıma uyğun olduğu işarələnib
- 25 səhifəlik PDF — çap üçün hazır, A4 formatda
- Qeyri-iş günləri cədvəli — 2027-ci ildə aylar üzrə, həftə günləri ilə
- Telegram kanalı — hər səhər 09:00-da o günün ideyaları
SMM Təqvimi hər səhər Telegram-a gəlir
Təqvimi alan hər kəs qapalı Telegram kanalına əlavə olunur. Hər səhər saat 09:00-da həmin günün mesajı gəlir — günün adı və dörd fərqli formatda kontent ideyası:
☀️ 5 oktyabr 🇦🇿 Müəllimlər Günü 💡 Kontent ideyaları 1. Karusel: öz müəlliminizin bir dərsini danışın 2. Reels: komandanızın məktəb fotolarını yan-yana qoyun 3. Storydə sorğu: «Ən yadda qalan müəlliminiz kim idi?» 4. Kampaniya: təhsil və kitab bizneslərinə bir günlük endirim
İdeyalar karusel, Reels, Story sorğusu, statik post, kampaniya, müştəri rəyi, kulis görüntüsü kimi fərqli formatlarda verilir — eyni gündə iki eyni format təkrarlanmır.
Matəm günlərində sistem avtomatik olaraq rejimi dəyişir: kontent ideyası əvəzinə «bu gün reklam, endirim və əyləncəli post paylaşmayın» xəbərdarlığı və nə etmək lazım olduğuna dair tövsiyələr gəlir.
SMM Təqvimində hansı günlər var?
| Kateqoriya | Nədir |
|---|---|
| 🎉 Rəsmi bayram | 15 gün — Qeyri-iş günü sayılan dövlət bayramları |
| 🕯️ Matəm və anım | 15 gün — Reklam və əyləncəli paylaşım edilməyən günlər |
| 🌙 Dini günlər | 6 gün — Dini bayram və mərasim tarixləri |
| 🇦🇿 Azərbaycan günləri | 34 gün — Peşə bayramları, azad olunma tarixləri, milli günlər |
| 🌍 Beynəlxalq günlər | 207 gün — BMT və digər təşkilatların qeyd etdiyi günlər |
| 🛍️ Ticarət və kampaniya | 9 gün — Qara Cümə, Kiber Bazar ertəsi və digər satış mövsümləri |
| ✨ Dünya trend günləri | 253 gün — Sosial mediada geniş istifadə olunan qeyri-rəsmi günlər |
SMM Təqvimi 2027 — aylar üzrə nümunə
Təqvimin necə göründüyünü görmək üçün hər aydan bir neçə gün. Trend günlər bu nümunəyə salınmayıb — tam siyahı, 539 qeydin hamısı PDF-dədir.
Yanvar
| Tarix | Gün |
|---|---|
| 1 Yanvar | Yeni il 🎉 — Qeyri-iş günü |
| 7 Yanvar | Pravoslav Miladı 🌙 |
| 20 Yanvar | Ümumxalq Hüzn Günü 🕯️ — Matəm günü · qeyri-iş |
| 24 Yanvar | Beynəlxalq Təhsil Günü 🌍 |
| 30 Yanvar | Gömrük əməkdaşlarının peşə bayramı 🇦🇿 |
Fevral
| Tarix | Gün |
|---|---|
| 1 Fevral | Gənclər Günü 🇦🇿 |
| 8 Fevral | Ramazan ayının başlanğıcı 🌙 — Təxmini tarix |
| 9 Fevral | Təhlükəsiz İnternet Günü 🌍 |
| 21 Fevral | Beynəlxalq Ana Dili Günü 🌍 |
| 26 Fevral | Xocalı soyqırımı günü 🕯️ — Matəm günü |
Mart
| Tarix | Gün |
|---|---|
| 2 Mart | Od çərşənbəsi 🇦🇿 — Təxmini tarix |
| 8 Mart | Beynəlxalq Qadınlar Günü 🎉 — Qeyri-iş günü |
| 9–10 Mart | Ramazan bayramı 🌙 — Qeyri-iş · təxmini |
| 20–24 Mart | Novruz bayramı 🎉 — Qeyri-iş · təxmini |
| 31 Mart | Azərbaycanlıların Soyqırımı Günü 🕯️ — Matəm günü |
Aprel
| Tarix | Gün |
|---|---|
| 2 Aprel | Kəlbəcərin işğalı (1993) 🕯️ — Matəm günü |
| 7 Aprel | Ümumdünya Sağlamlıq Günü 🌍 |
| 12 Aprel | Kosmonavtika Günü 🌍 |
| 22 Aprel | Yer Kürəsi Günü 🌍 |
| 23 Aprel | Kitab və Müəllif Hüququ Günü 🌍 |
May
| Tarix | Gün |
|---|---|
| 8 May | Şuşanın işğalı (1992) 🕯️ — Matəm günü |
| 9 May | Faşizm üzərində Qələbə Günü 🎉 — Qeyri-iş günü |
| 10 May | Heydər Əliyevin doğum günü / Gül bayramı 🇦🇿 |
| 16–17 May | Qurban bayramı 🌙 — Qeyri-iş · təxmini |
| 28 May | Müstəqillik Günü 🎉 — Qeyri-iş günü |
İyun
| Tarix | Gün |
|---|---|
| 1 İyun | Uşaqların Müdafiəsi Günü 🌍 |
| 15 İyun | Milli Qurtuluş Günü 🎉 — Qeyri-iş günü |
| 17 İyun | Tibb işçiləri günü 🇦🇿 |
| 26 İyun | Silahlı Qüvvələr Günü 🎉 — Qeyri-iş günü |
| 27 İyun | Kiçik və Orta Biznes Günü 🌍 |
İyul
| Tarix | Gün |
|---|---|
| 2 İyul | Polis Günü 🇦🇿 |
| 11 İyul | Ümumdünya Əhali Günü 🌍 |
| 22 İyul | Milli Mətbuat və Jurnalistika Günü 🇦🇿 |
| 23 İyul | Ağdamın işğalı (1993) 🕯️ — Matəm günü |
| 30 İyul | Beynəlxalq Dostluq Günü 🌍 |
Avqust
| Tarix | Gün |
|---|---|
| 1 Avqust | Azərbaycan Əlifbası və Dili Günü 🇦🇿 |
| 2 Avqust | Azərbaycan Kinosu Günü 🇦🇿 |
| 12 Avqust | Beynəlxalq Gənclər Günü 🌍 |
| 19 Avqust | Ümumdünya Fotoqrafiya Günü 🌍 |
| 23 Avqust | Füzuli və Cəbrayılın işğalı (1993) 🕯️ — Matəm günü |
Sentyabr
| Tarix | Gün |
|---|---|
| 15 Sentyabr | Bilik Günü 🇦🇿 — Dərs ilinin başlanğıcı |
| 18 Sentyabr | Milli Musiqi Günü 🇦🇿 |
| 20 Sentyabr | Neftçilər Günü 🇦🇿 |
| 27 Sentyabr | Anım Günü 🕯️ — Matəm günü |
| 29 Sentyabr | Ümumdünya Ürək Günü 🌍 |
Oktyabr
| Tarix | Gün |
|---|---|
| 5 Oktyabr | Müəllimlər Günü 🇦🇿 |
| 16 Oktyabr | Ümumdünya Qida Günü 🌍 |
| 18 Oktyabr | Müstəqilliyin Bərpası Günü 🇦🇿 |
| 29 Oktyabr | Zəngilanın işğalı (1993) 🕯️ — Matəm günü |
| 31 Oktyabr | Halloween 🛍️ — Kampaniya mövsümü |
Noyabr
| Tarix | Gün |
|---|---|
| 8 Noyabr | Zəfər Günü 🎉 — Qeyri-iş günü |
| 9 Noyabr | Dövlət Bayrağı Günü 🎉 — Qeyri-iş günü |
| 11 Noyabr | Single’s Day 11.11 🛍️ — Endirim günü |
| 12 Noyabr | Konstitusiya Günü 🇦🇿 |
| 26–29 Noyabr | Qara Cümə → Kiber Bazar ertəsi 🛍️ — İlin ən böyük satış mövsümü |
Dekabr
| Tarix | Gün |
|---|---|
| 1 Dekabr | Laçının azad edilməsi (2020) 🇦🇿 |
| 12 Dekabr | Heydər Əliyevin Anım Günü 🕯️ — Matəm günü |
| 21 Dekabr | Çillə Gecəsi / Qış Gündönümü 🇦🇿 |
| 26 Dekabr | Boxing Day 🛍️ — Endirim günü |
| 31 Dekabr | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 🎉 — Qeyri-iş günü |
SMM Təqvimi kimlər üçündür?
- Biznes sahibləri
- SMM menecerləri
- Marketinq mütəxəssisləri
- Şəxsi brend qurmaq istəyənlər
- İnfluencerlər və kontent yaradıcıları
- Startaplar və kiçik bizneslər
- Rəqəmsal agentliklər və korporativ komandalar
Qısacası, sosial mediada planlı və effektiv nəticə əldə etmək istəyən hər kəs üçün SMM Təqvimi faydalıdır.
SMM Təqvimi niyə lazımdır?
SMM Təqvimi brendin kommunikasiyasını planlı idarə etməyə kömək edir. Vacib günlər, kampaniyalar və paylaşımlar əvvəlcədən planlaşdırılır, son anda qərar vermə stresi azalır.
Ən çox itirilən fürsət — böyük günə hazırlıqsız girmək. 8 Mart və ya Qara Cümə səhəri kampaniya qurmaq gecdir; material bir həftə əvvəl hazırlanmalıdır. Təqvim bunu əvvəlcədən görməyə imkan verir.
İkinci fayda isə səhvdən qorunmaqdır. Matəm günündə endirim elanı paylaşmaq brendə ciddi zərər vurur. Təqvimdə bu günlər ayrıca işarələnib.
🚀 SEO ilə maraqlanırsınızsa SEO Checklist, rəqəmsal marketinq terminlərini öyrənmək istəyirsinizsə 500 Termin Lüğəti məhsullarıma da baxa bilərsiniz.
SMM Təqvimi haqqında verilən suallar
SMM Təqvimi necə çatdırılır?
Sifariş verdikdən sonra PDF faylı sizə göndərilir və qapalı Telegram kanalına əlavə olunursunuz. Kanala yalnız təqvimi alanlar qoşulur.
SMM Təqviminin qiyməti nə qədərdir?
15 AZN. Birdəfəlik ödənişdir — aylıq abunə yoxdur. PDF sizdə qalır, Telegram kanalına çıxış il boyu davam edir.
SMM Təqvimi hansı platformalar üçün uyğundur?
Instagram, Facebook, TikTok, LinkedIn, YouTube və digər platformalar üçün. Kontent ideyaları format kimi verilir — karusel, Reels, Story, statik post — ona görə istənilən platformaya uyğunlaşdırmaq olar.
SMM Təqvimində Novruz və Ramazan tarixləri dəqiqdirmi?
Novruz, Ramazan və Qurban bayramlarının dəqiq günləri Nazirlər Kabinetinin dekabr qərarından sonra müəyyən olunur. Təqvimdə həmin tarixlər «təxmini» işarəsi ilə verilib. Qərar çıxandan sonra yenilənmiş PDF bütün alıcılara göndərilir.
SMM Təqvimi hazır kontent planıdırmı?
Xeyr, hazır post deyil. Təqvim sizə hansı günün nə günü olduğunu və o gün üçün dörd ideya verir — hansını seçib necə icra edəcəyiniz sizə qalır. Kontent planını bu təqvimin üstündə qurursunuz.
SMM Təqvimi neçənci ili əhatə edir?
PDF 2027-ci ili əhatə edir. Telegram kanalı isə bu gündən işləyir — 2026-cı ilin qalan aylarında da gündəlik ideyalar gəlir, 1 yanvardan avtomatik 2027 təqviminə keçir.
