Süni İntellekt Promptları PDF — 170 Qısayol Əmri və 52 Hazır Prompt
ChatGPT, Claude və Gemini üçün 170 qısayol əmri və 52 hazır prompt. 30 səhifə, Azərbaycan dilində, ödənişsiz.
Süni İntellekt Promptları PDF — 170 Qısayol Əmri və 52 Hazır Prompt haqqında
ChatGPT-yə hər dəfə beş sətirlik prompt yazmaqdan bezmisinizsə, bu bələdçi məhz onun üçündür. İçində ChatGPT, Claude və Gemini üçün 170 qısayol əmri var — bir dəfə quraşdırırsınız, sonra /droneview və ya /adcopy kimi tək sözlə işlədirsiniz. Üstəlik hər alət üçün ayrıca 52 hazır prompt — kopyalayıb yapışdırırsınız.
Bələdçi Azərbaycan dilindədir və yerli bazara uyğun qurulub — ingiliscədən tərcümə edilmiş ümumi nümunələr deyil.
Süni İntellekt Promptları PDF-də nələr var?
- 30 səhifə, Azərbaycan dilində
- ChatGPT üçün 100 qısayol əmri — vizual, reklam, SEO, kontent, sosial media və analiz üzrə
- Claude üçün 40 əmr — uzun mətn, sənəd, yazı üslubu, struktur və kod
- Gemini üçün 30 əmr — Google Sheets, Gmail, Docs və araşdırma
- 52 hazır prompt — hər üç alət üçün ayrıca, kopyala-yapışdır formatında
- Əmrləri necə quraşdırmaq lazımdır — ChatGPT, Claude və Gemini üçün addım-addım
- Prompt yazmağın 5 qaydası — səhv və doğru variant yanaşı nümunə ilə
- Çap edilə bilən bir səhifəlik xülasə
- Qiymət: Ödənişsiz
Süni İntellekt Promptları Qısayol əmri nə deməkdir?
Uzun promptu bir sözə yığmaqdır. Məsələn /billboard yazanda model məhsulunuzu küçə reklam lövhəsində göstərir, /adcopy yazanda 5 reklam mətni variantı verir, /mailsum yazanda uzun məktub zəncirini xülasə edir.
Bunlar platformaların hazır funksiyası deyil — siz onları modelə bir dəfə öyrədirsiniz. Bələdçidə həmin quraşdırmanın necə edildiyi (ChatGPT-də Custom Instructions, Claude-da Project instructions, Gemini-də Saved info və Gem) hazır mətn şablonu ilə birlikdə göstərilib.
Süni İntellekt Promptları hansı sahələri əhatə edir?
- SMM və sosial media — kontent təqvimi, Reels ssenarisi, rəyə cavab, aylıq hesabat
- SEO — açar söz qruplaşdırma, məqalə brifi, meta mətnlər, schema kodu
- Reklam — Google Ads başlıqları, Meta kreativləri, mənfi açar sözlər, büdcə hesablaması
- Vizual və məhsul şəkli — studiya görünüşü, maket, fon dəyişmə, poster kompozisiyası
- Sənəd və analiz — müqavilə yoxlaması, Excel datası, rəqib analizi, görüş protokolu
- Yazı və üslub — mətni təbii dilə salmaq, yığcamlaşdırmaq, tonu dəyişmək
Süni İntellekt Promptları PDF-i kimlər üçündür?
- Marketinq, SEO, SMM və reklam sahəsində işləyənlər
- Öz biznesini idarə edən və vaxtı az çatanlar
- Frilans işləyib daha çox sifariş götürmək istəyənlər
- AI alətlərini sınayıb nəticə ala bilməyənlər
- Eyni tapşırıqları təkrar-təkrar yazmaqdan bezənlər
Sahə ilə ümumi tanış deyilsinizsə, əvvəlcə Süni İntellekt nədir məqaləmə baxa bilərsiniz. Alətləri ayrı-ayrılıqda öyrənmək üçün ChatGPT, Claude AI və Gemini AI bələdçilərim də var.
Süni intellektlə gəlir qazanmağın yollarını araşdırırsınızsa, Süni intellekt ilə pul qazanmaq məqaləsində 8 real istiqamət yazmışam. Praktiki öyrənmək istəyənlər üçün isə Süni İntellekt Kursum mövcuddur — ChatGPT ilə reklam qurmaq dərsləri isə tamamilə ödənişsizdir.
