2026-cı il üçün SMM Təqvimi və Xüsusi Günlər

smm təqvimi

Sizlərə 2026-cı il üçün SMM Təqvimi hazırladım. 2026-cı ilə aid xüsusi və əlamətdar günlərin siyahısını sizinlə bölüşürəm. 

SMM Təqvimi nədir?

SMM Təqvimi (Social Media Marketing Calendar) sosial mediada paylaşılacaq kontentlərin əvvəlcədən planlaşdırıldığı bir cədvəldir. Bu təqvim vasitəsilə hansı gün, hansı platformada və hansı mövzuda paylaşım ediləcəyi müəyyən olunur.

SMM təqvimi brendlərə kontenti daha sistemli və nizamlı şəkildə idarə etməyə kömək edir. Eyni zamanda, xüsusi günləri və kampaniyaları qaçırmamaq üçün effektiv alətdir. Planlı paylaşım sayəsində auditoriya ilə daha stabil əlaqə qurmaq mümkün olur. Bu da brendin sosial mediada daha peşəkar görünməsinə səbəb olur.

SMM təqvimi həm vaxta qənaət edir, həm də kontent strategiyasını gücləndirir. Nəticədə, sosial media fəaliyyətləri daha məqsədyönlü və effektiv olur.

2026-cı il Aylar üzrə SMM Təqvimi siyahısı

Səhifələriniz üçün kontent plan yaratmağın ən rahat üsuli smm təqvimi bilməkdir. Aşağıdakı xüsusi və əlamətdar günlərə baxaraq, markanıza və ya biznesinizə uyğun olan günləri təyin edə bilərsiniz.

  •  🇦🇿 – Azərbaycana aid özəl günlər
  • 🌍 – BMT tərəfindən yaradılan xüsusi günlər
  • 🏴 – Hüzn və matəm günləri

Yanvar 2026 – SMM Təqvimi

TarixGün
1 YanvarYeni İl Bayramı 🇦🇿
4 YanvarÜmumdünya Brayl Günü 🌍
11 YanvarDünya Qoruqlar və Milli Parklar Günü 🌍
14 YanvarDünya Məntiq Günü 🌍
20 YanvarÜmumxalq Hüzn Günü 🏴 🇦🇿
24 YanvarBeynəlxalq Təhsil Günü 🌍
26 YanvarBeynəlxalq Gömrük Günü 🌍
27 YanvarHolokost Qurbanlarını Anma Günü 🌍
28 YanvarMəlumatların Mühafizəsi Günü 🌍
30 YanvarGömrük İşçiləri Günü 🇦🇿

Fevral 2026 – SMM Təqvimi

TarixGün
2 FevralGənclər Günü 🇦🇿
4 FevralXərçənglə Mübarizə Günü 🌍
14 FevralSevgililər Günü 🌍
21 FevralAna Dili Günü 🌍
26 FevralXocalı Soyqırımı Günü 🏴 🇦🇿

Mart 2026 – SMM Təqvimi

TarixGün
1 MartMülki Müdafiə Günü 🌍
8 MartBeynəlxalq Qadınlar Günü 🌍
15 Martİslam Həmrəyliyi Günü 🇦🇿
20 MartNovruz Bayramı 🇦🇿
21 MartBeynəlxalq Meşələr Günü 🌍
22 MartDünya Su Günü 🌍
23 MartDünya Meteorologiya Günü 🌍
31 MartAzərbaycanlıların Soyqırımı Günü 🏴 🇦🇿

Aprel 2026 – SMM Təqvimi

TarixGün
2 AprelAutizm Maarifləndirmə Günü 🌍
7 AprelÜmumdünya Sağlamlıq Günü 🌍
18 AprelTarixi Abidələrin Qorunması Günü 🌍
22 AprelYer Günü 🌍
23 AprelKitab və Müəllif Hüquqları Günü 🌍
26 AprelÇernobıl Qəzasını Anma Günü 🏴 🌍

May 2026 – SMM Təqvimi

TarixGün
1 MayƏmək Günü 🌍
3 MayMətbuat Azadlığı Günü 🌍
9 MayQələbə Günü 🇦🇿
15 MayAilə Günü 🌍
18 MayMuzeylər Günü 🌍
28 MayRespublika Günü 🇦🇿
31 MayTütünsüz Dünya Günü 🌍

İyun 2026 – SMM Təqvimi

TarixGün
1 İyunUşaqların Müdafiəsi Günü 🌍
5 İyunƏtraf Mühitin Mühafizəsi Günü 🌍
15 İyunMilli Qurtuluş Günü 🇦🇿
18 İyunİnsan Hüquqları Günü 🇦🇿
26 İyunSilahlı Qüvvələr Günü 🇦🇿

İyul 2026 – SMM Təqvimi

TarixGün
11 İyulDünya Əhali Günü 🌍
22 İyulMilli Mətbuat Günü 🇦🇿
30 İyulİnsan Alverinə Qarşı Mübarizə Günü 🌍

Avqust 2026 – SMM Təqvimi

TarixGün
1 AvqustAzərbaycan Əlifbası Günü 🇦🇿
12 AvqustGənclər Günü 🌍
23 AvqustQul Ticarətinin Ləğvi Günü 🌍

Sentyabr 2026 – SMM Təqvimi

TarixGün
1 SentyabrBilik Günü 🇦🇿
15 SentyabrBakı Azad Olunduğu Gün 🇦🇿
21 SentyabrSülh Günü 🌍
27 SentyabrAnım Günü 🏴 🇦🇿

Oktyabr 2026 – SMM Təqvimi

TarixGün
1 OktyabrYaşlılar Günü 🌍
5 OktyabrMüəllimlər Günü 🌍
10 OktyabrPsixi Sağlamlıq Günü 🌍
18 OktyabrMüstəqillik Günü 🇦🇿
24 OktyabrBMT Günü 🌍

Noyabr 2026 – SMM Təqvimi

TarixGün
8 NoyabrZəfər Günü 🇦🇿
9 NoyabrDövlət Bayrağı Günü 🇦🇿
10 NoyabrSülh və Anım Günü 🏴 🇦🇿
14 NoyabrDiabet Günü 🌍
20 NoyabrUşaq Hüquqları Günü 🌍

Dekabr 2026 – SMM Təqvimi

TarixGün
1 DekabrQİÇS-lə Mübarizə Günü 🌍
3 DekabrƏlillər Günü 🌍
5 DekabrKönüllülər Günü 🌍
10 Dekabrİnsan Hüquqları Günü 🌍
31 DekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü 🇦🇿

Niyə PR Kalendar istifadə etməliyəm?

PR Kalendar istifadə etmək brendin kommunikasiya strategiyasını daha planlı və sistemli şəkildə idarə etməyə kömək edir. Bu alət sayəsində vacib günlər, kampaniyalar və paylaşımlar əvvəlcədən planlaşdırılır və son anda qərar vermə stressi azalır.

PR Kalendar həmçinin auditoriya ilə daha düzgün zamanda və uyğun mesajla əlaqə qurmağa imkan yaradır. Müntəzəm və ardıcıl paylaşımlar brend imicini gücləndirir və etibarlılığı artırır.

Bundan əlavə, komanda daxilində iş bölgüsünü asanlaşdırır və bütün fəaliyyətlərin koordinasiyasını təmin edir. Nəticədə, daha effektiv və ölçülə bilən marketinq nəticələri əldə olunur.

🚀 SMM sahəsində özünüzü inkişaf etdirmək üçün SMM nədir adlı bloquuma keçid edin

SMM Təqvimi (PR Kalendar) kimlər üçündür?

SMM Təqvimi aşağıdakı şəxslər və qurumlar üçün uyğundur:

  • Biznes sahibləri
  • SMM menecerləri
  • Marketinq mütəxəssisləri
  • Şəxsi brend qurmaq istəyənlər
  • İnfluencerlər və kontent yaradıcıları
  • Startaplar və kiçik bizneslər
  • Böyük şirkətlər və korporativ komandalar
  • Rəqəmsal agentliklər

Qısacası, sosial mediada planlı və effektiv nəticə əldə etmək istəyən hər kəs üçün SMM Təqvimi faydalıdır.

SMM Təqvimi üçün verilən suallar

SMM Təqvimi nədir?

SMM Təqvimi sosial media hesablarında paylaşılacaq məzmunların tarix, mövzu, format və platforma üzrə əvvəlcədən planlaşdırıldığı kontent planıdır. Bu təqvim paylaşımların daha sistemli və ardıcıl şəkildə hazırlanmasına kömək edir.

SMM Təqvimi necə hazırlanır?

İlk olaraq hədəf auditoriya və biznes məqsədləri müəyyən edilir. Daha sonra ay ərzində paylaşılacaq mövzular, post formatları, paylaşım tarixləri, platformalar və məzmun ideyaları planlaşdırılır.

SMM Təqvimində hansı məzmun növləri olmalıdır?

SMM Təqvimində maarifləndirici, satış yönümlü, əyləncəli, məhsul/xidmət tanıtımı, müştəri rəyləri və interaktiv məzmunlara yer vermək olar. Kontent növlərinin balanslı olması auditoriyanın marağını qorumağa kömək edir.

SMM Təqvimi biznes üçün niyə vacibdir?

SMM Təqvimi kontentin əvvəlcədən planlaşdırılmasına, vaxt itkisinin azalmasına və sosial media hesabının aktiv saxlanmasına imkan verir. Eyni zamanda marketinq kampaniyalarının daha effektiv idarə olunmasına kömək edir.

SMM Təqvimi hansı platformalar üçün hazırlana bilər?

SMM Təqvimi Instagram, Facebook, TikTok, LinkedIn, YouTube, X və digər sosial media platformaları üçün hazırlana bilər. Hər platformanın auditoriyasına və məzmun formatına uyğun ayrıca strategiya qurmaq daha effektiv nəticə verir.

🚀 0-dan SMM sahəsini öyrənmək istəyirsənsə sənə SMM Kursumu tövsiyə edirəm.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar

influencer marketinq

Influencer Marketinq – Yeni Marketinq Dövrü

İnsanlar artıq reklamlardan çox, güvəndikləri influencerlərin tövsiyələrinə inanırlar. Məhz buna görə influencer marketinq müasir dövrün ən güclü marketinq alətlərindən birinə…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir