Tez-tez eşitdiyiniz Real Time Marketinq nədir? RTM strategiyası qurmaq üçün hansı addımları atmaq lazımdır? Suallarının cavabı bu məqalədədir. Sizlər üçün effektiv Real Time Marketinq məqaləsi hazırladım.
🚀 Rəqəmsal Marketinq haqqında daha geniş biliklərə sahib olmaq üçün keçid edin
Real Time Marketing nədir? (RTM)
Real Time Marketing (RTM) — brendlərin gündəmdə olan hadisələrə, trendlərə, xəbərlərə və sosial mediada baş verən aktual mövzulara real vaxtda reaksiya verməsi strategiyasıdır. Məqsəd insanların diqqətini həmin anda çəkmək, viral olmaq və auditoriya ilə daha yaxın əlaqə qurmaqdır.
Bu marketinq növündə sürət ən vacib faktorlardan biridir. Çünki trend keçdikdən sonra paylaşımın təsiri azalır. RTM əsasən sosial media platformalarında istifadə olunur və kreativ yanaşma tələb edir.
Məsələn:
Bir futbol komandası çempion olduqda markanın həmin hadisə ilə bağlı kreativ paylaşım etməsi RTM hesab olunur.
Başqa nümunə:
Hava çox isti olduqda kondisioner markasının:
“Bakıda hava yox, sobadır. Kondisionersiz qalmaq risklidir 🥵”
kimi paylaşım etməsi Real Time Marketing nümunəsidir.
RTM istifadə edən markalar:
- Daha çox engagement əldə edir
- Viral paylaşım şansı qazanır
- Brend yaddaşını gücləndirir
- İzləyicilərlə emosional bağ qurur
Bu strategiya xüsusilə:
- Sosial media marketinqi
- Digital marketing
- Kontent marketinqi
- Performance marketing
sahələrində çox effektiv hesab olunur.
Real Time Marketing üstünlükləri
Real Time Marketingin əsas üstünlüyü insanların hazırda maraqlandığı mövzu üzərindən diqqət toplamasıdır. İnsanlar aktual mövzulara daha çox reaksiya verdiyi üçün RTM kontentləri sürətlə yayılır.
1. Viral olmaq şansı yaradır
Əgər paylaşım kreativ və sürətli hazırlanıbsa, minlərlə insan tərəfindən paylaşılır.
Məsələn:
Bir çox brend böyük futbol oyunları zamanı etdiyi zarafatlı paylaşımlarla milyonlarla baxış toplayır.
2. Engagement artır
RTM paylaşımlarında:
- Like
- Comment
- Share
- Save
göstəriciləri adi postlardan daha yüksək olur.
Çünki insanlar aktual mövzular haqqında danışmağı sevir.
3. Brendi daha “canlı” göstərir
Aktual hadisələrə reaksiya verən brend istifadəçilərə daha yaxın görünür.
İnsanlar düşünür:
“Bu marka gündəmi izləyir və bizimlə eyni anda reaksiya verir.”
4. Reklam xərclərini azalda bilər
Bəzi RTM postları reklamsız belə viral olur.
Bu isə:
- Organic reach artırır
- Pulsuz görünürlük qazandırır
- Reklam büdcəsinə qənaət edir
5. Satışlara müsbət təsir edir
Düzgün RTM kampaniyası:
- Sayta trafik gətirir
- Məhsula maraq yaradır
- Ani satış artımı təmin edir
Məsələn:
Soyuq havada isti içki markasının paylaşdığı RTM postu həmin məhsulun satışını qısa müddətdə artıra bilər.
Real Time Marketing Strategiyası necə qurulur?
RTM uğurlu alınması üçün planlı şəkildə qurulmalıdır. Sadəcə trend paylaşmaq kifayət etmir.
1. Gündəmı daim izləyin
RTM üçün:
- Xəbərlər
- Sosial media trendləri
- Memlər
- İdman hadisələri
- Texnologiya yenilikləri
- Viral videolar
davamlı izlənməlidir.
Ən çox istifadə edilən platformalar:
- TikTok
- X (Twitter)
- YouTube Trends
2. Sürətli komanda qurun
RTM-də vaxt çox önəmlidir.
Trend yayılandan 2 gün sonra paylaşım etmək artıq gec ola bilər.
Buna görə:
- Dizayner
- Copywriter
- SMM mütəxəssisi
sürətli işləməlidir.
3. Kreativ yanaşma hazırlayın
Sadəcə trend paylaşmaq kifayət deyil.
Brend həmin trendi öz məhsulu ilə əlaqələndirməlidir.
Məsələn:
Pizza markasının futbol oyunu zamanı:
“Matç uzatmaya getsə pizzalar da əlavə olunur 🍕”
paylaşımı kreativ RTM nümunəsidir.
4. Riskləri analiz edin
Hər trendə qoşulmaq olmaz.
Xüsusilə:
- Siyasi hadisələr
- Façiələr
- Həssas mövzular
üzərində RTM etmək brendə zərər verə bilər.
5. Vizual keyfiyyət vacibdir
RTM sürətli olsa da:
- Dizayn keyfiyyəti
- Yazı tonu
- Vizual uyğunluq
peşəkar görünməlidir.
Real Time Marketing Real Nümunələri
BurgerKing RTM Nümunəsi

Barbie filmi çıxan zaman trend olmuşdu. BurgerKing-də bununla bağlı RTM etmişdi.
Araz Market RTM Nümunəsi

Yolunu dəyişən Pinqvin trend olan zaman Araz Marketlər şəbəkəsi RTM etmişdir.
Bizim Tarla RTM Nümunəsi

Game of Thrones-dakı məşhur “Winter is coming” ifadəsinə görə Bizim Tarla RTM etmişdir.
Carry.az RTM Nümunəsi

Expargo-dan müştərilərinə gələn yanlış sms zamanı Carry.az RTM etmişdir.
YeloBank RTM Nümunəsi

Müharibə vaxtı Cənab İlham Əliyevin dediyi sözə YeloBank RTM etmişdir.
Kombi Evi RTM Nümunəsi

Gəncəyə atılan raket əŗəfində sakinin dediyi sözə Kombi Evi RTM etmişdir.
AzeriExpress RTM Nümunəsi

Araz Marketlər şəbəkəsi “ən” sözünə görə çərimələnən zaman Azeri Express RTM etmişdir.
WorldTelecom RTM Nümunəsi

Bakıda olan zəlzələ zamanı WorldTelecom RTM etmişdir. Uğursuz olduğuna görə silinmişdir.
Embawood RTM Nümunəsi

Körpü üzərindən qəzaya uğrayan taksini Embawood RTM etmişdir. Uğursuz olduğuna görə silinmişdir.
KFC RTM Nümunəsi

Futbol oyununda çempionluq kubokuna KFC RTM etmişdir.
Nivea RTM Nümunəsi

Xanımların FaceAPP istifadə etməsinə görə Nivea RTM etmişdir.
Real Time Marketingin Növləri
Real Time Marketing müxtəlif formalarda tətbiq olunur.
Ənənəvi RTM
Ənənəvi RTM televiziya, radio və outdoor reklamlar vasitəsilə edilir.
Məsələn:
- Futbol matçı zamanı billboard dəyişdirilməsi
- Bayram gününə uyğun TV reklamı
- Hava şəraitinə görə outdoor mesajların dəyişməsi
Bu üsul daha böyük büdcə tələb edir.
Ənənəvi RTM üstünlükləri
- Kütləvi auditoriyaya çatır
- Güclü brend görünürlüğü yaradır
- Offline reklam effekti verir
Rəqəmsal RTM
Ən populyar RTM növü rəqəmsal RTM-dir.
Bu strategiya:
- TikTok
- X (Twitter)
- YouTube
üzərində tətbiq edilir.
Rəqəmsal RTM-in əsas üstünlüyü sürətli və ucuz olmasıdır.
Rəqəmsal RTM nümunələri
- Viral meme paylaşımı
- Trend musiqidən istifadə
- Gündəmə bağlı story
- Aktual hashtag istifadəsi
Rəqəmsal RTM üstünlükləri
- Ani paylaşım imkanı
- Viral potensial
- Daha aşağı reklam xərci
- Ölçülə bilən nəticələr
Real Time Marketingin satışlara təsiri
Real Time Marketing düzgün istifadə edildikdə satışlara ciddi təsir göstərə bilər.
Çünki RTM:
- İnsanların diqqətini çəkir
- Brendi yadda saxlayır
- Məhsula maraq yaradır
- Sayta trafik gətirir
1. Ani satış artımı yarada bilər
Məsələn:
Soyuq havada isti qəhvə kampaniyası paylaşan kafe həmin gün satışlarını artıra bilər.
2. Brend yaddaşını gücləndirir
İnsanlar kreativ RTM postlarını uzun müddət xatırlayır. Bu isə gələcək alış qərarlarına təsir edir.
3. Sosial sübut yaradır
Viral RTM paylaşımı:
- İnsanların markadan danışmasına
- Paylaşmasına
- Dostlarına göstərməsinə
səbəb olur.
Bu da etibar formalaşdırır.
4. Reklam dönüşümünü yüksəldir
Aktual emosiyalar üzərində qurulan reklamlar daha çox conversion verir. Çünki insanlar həmin anda mövzu ilə emosional bağ qurur.
Real Time Marketinqə (RTM) verilən suallar
Real Time Marketing (RTM) nədir?
Real Time Marketing (RTM) — brendlərin gündəmdə olan hadisələrə, trendlərə, xəbərlərə və aktual mövzulara real vaxtda reaksiya verərək yaratdığı marketinq strategiyasıdır. Əsas məqsəd auditoriyanın diqqətini həmin anda cəlb etmək, yüksək engagement əldə etmək və brendin gündəmlə əlaqəli görünməsini təmin etməkdir.
Real Time Marketing niyə vacibdir?
RTM brendlərə aktual mövzulardan istifadə edərək daha çox görünürlük və engagement əldə etməyə kömək edir. Kreativ RTM paylaşımları viral ola, brendin yadda qalmasını gücləndirə və əlavə reklam xərci olmadan geniş auditoriyaya çata bilər.
Real Time Marketing necə hazırlanır?
İlk olaraq gündəmdə olan trend və hadisələr daim izlənilməlidir. Daha sonra həmin trendin brend və məhsulla necə əlaqələndirilə biləcəyi müəyyən edilir, kreativ ideya hazırlanır və mümkün qədər qısa müddətdə paylaşılır. Burada sürət, kreativlik və düzgün kommunikasiya əsas amillərdir.
Hər trend üçün Real Time Marketing etmək olarmı?
Xeyr. Hər trend brend üçün uyğun deyil. Xüsusilə faciələr, siyasi hadisələr, müharibə, ölüm və digər həssas mövzular üzərində düşünülməmiş RTM paylaşımı brendin reputasiyasına ciddi zərər verə bilər. Buna görə paylaşım edilməzdən əvvəl trendin riskləri və brendə uyğunluğu analiz edilməlidir.
Real Time Marketing satışları artıra bilərmi?
Bəli, düzgün hazırlanmış RTM kampaniyası satışlara müsbət təsir göstərə bilər. Aktual mövzu insanların diqqətini məhsula yönəldə, sayta trafik gətirə və məhsula olan marağı artıra bilər. Xüsusilə kampaniya doğru zamanda və kreativ formada təqdim edildikdə ani satış artımı yaratmaq mümkündür.
Bu mövzuda kömək lazımdır?
Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.