
Real Time Marketinq nədir? RTM Nümunələri və Praktiki İzah
Tez-tez eşitdiyiniz Real Time Marketinq nədir? RTM strategiyası qurmaq üçün hansı addımları atmaq lazımdır? Suallarının cavabı bu məqalədədir. Sizlər üçün effektiv Real Time Marketinq məqaləsi hazırladım.
Table Of Content
- Real Time Marketinq nədir? (RTM)
- Real Time Marketinq üstünlükləri
- 1. Viral olmaq şansı yaradır
- 2. Engagement artır
- 3. Brendi daha “canlı” göstərir
- 4. Reklam xərclərini azalda bilər
- 5. Satışlara müsbət təsir edir
- Real Time Marketinq Strategiyası necə qurulur?
- 1. Gündəmi daim izləyin
- 2. Sürətli komanda qurun
- 3. Kreativ yanaşma hazırlayın
- 4. Riskləri analiz edin
- 5. Vizual keyfiyyət vacibdir
- Real Time Marketinq Real Nümunələri
- BurgerKing RTM Nümunəsi
- Araz Market RTM Nümunəsi
- Bizim Tarla RTM Nümunəsi
- Carry.az RTM Nümunəsi
- YeloBank RTM Nümunəsi
- Kombi Evi RTM Nümunəsi
- AzeriExpress RTM Nümunəsi
- WorldTelecom RTM Nümunəsi
- Embawood RTM Nümunəsi
- KFC RTM Nümunəsi
- Nivea RTM Nümunəsi
- Real Time Marketinqin Növləri
- Ənənəvi RTM
- Rəqəmsal RTM
- Real Time Marketinqin satışlara təsiri
- 1. Ani satış artımı yarada bilər
- 2. Brend yaddaşını gücləndirir
- 3. Sosial sübut yaradır
- 4. Reklam dönüşümünü yüksəldir
- Real Time Marketinqə (RTM) verilən suallar
- Real Time Marketinq (RTM) nədir?
- Real Time Marketinq hansı platformalarda istifadə olunur?
- Real Time Marketinq satışlara təsir edirmi?
- Real Time Marketinq üçün ən vacib amil nədir?
- Hər trendə qoşulmaq düzgündürmü?
Real Time Marketinq nədir? (RTM)
Real Time Marketinq (RTM) — brendlərin gündəmdə olan hadisələrə, trendlərə, xəbərlərə və sosial mediada baş verən aktual mövzulara real vaxtda reaksiya verməsi strategiyasıdır. Məqsəd insanların diqqətini həmin anda çəkmək, viral olmaq və auditoriya ilə daha yaxın əlaqə qurmaqdır.
Bu marketinq növündə sürət ən vacib faktorlardan biridir. Çünki trend keçdikdən sonra paylaşımın təsiri azalır. RTM əsasən sosial media platformalarında istifadə olunur və kreativ yanaşma tələb edir.
Məsələn:
Bir futbol komandası çempion olduqda markanın həmin hadisə ilə bağlı kreativ paylaşım etməsi RTM hesab olunur.
Başqa nümunə:
Hava çox isti olduqda kondisioner markasının:
“Bakıda hava yox, sobadır. Kondisionersiz qalmaq risklidir 😅”
kimi paylaşım etməsi Real Time Marketinq nümunəsidir.
RTM istifadə edən markalar:
- Daha çox engagement əldə edir
- Viral paylaşım şansı qazanır
- Brend yaddaşını gücləndirir
- İzləyicilərlə emosional bağ qurur
Bu strategiya xüsusilə:
- Sosial media marketinqi
- Digital marketing
- Kontent marketinqi
- Performance marketing
sahələrində çox effektiv hesab olunur.
Real Time Marketinq üstünlükləri
Real Time Marketinqin əsas üstünlüyü insanların hazırda maraqlandığı mövzu üzərindən diqqət toplamasıdır. İnsanlar aktual mövzulara daha çox reaksiya verdiyi üçün RTM kontentləri sürətlə yayılır.
1. Viral olmaq şansı yaradır
Əgər paylaşım kreativ və sürətli hazırlanıbsa, minlərlə insan tərəfindən paylaşılır.
Məsələn:
Bir çox brend böyük futbol oyunları zamanı etdiyi zarafatlı paylaşımlarla milyonlarla baxış toplayır.
2. Engagement artır
RTM paylaşımlarında:
- Like
- Comment
- Share
- Save
göstəriciləri adi postlardan daha yüksək olur.
Çünki insanlar aktual mövzular haqqında danışmağı sevir.
3. Brendi daha “canlı” göstərir
Aktual hadisələrə reaksiya verən brend istifadəçilərə daha yaxın görünür.
İnsanlar düşünür:
“Bu marka gündəmi izləyir və bizimlə eyni anda reaksiya verir.”
4. Reklam xərclərini azalda bilər
Bəzi RTM postları reklamsız belə viral olur.
Bu isə:
- Organic reach artırır
- Pulsuz görünürlük qazandırır
- Reklam büdcəsinə qənaət edir
5. Satışlara müsbət təsir edir
Düzgün RTM kampaniyası:
- Sayta trafik gətirir
- Məhsula maraq yaradır
- Ani satış artımı təmin edir
Məsələn:
Soyuq havada isti içki markasının paylaşdığı RTM postu həmin məhsulun satışını qısa müddətdə artıra bilər.
Real Time Marketinq Strategiyası necə qurulur?
RTM uğurlu alınması üçün planlı şəkildə qurulmalıdır. Sadəcə trend paylaşmaq kifayət etmir.
1. Gündəmi daim izləyin
RTM üçün:
- Xəbərlər
- Sosial media trendləri
- Memlər
- İdman hadisələri
- Texnologiya yenilikləri
- Viral videolar
davamlı izlənməlidir.
Ən çox istifadə edilən platformalar:
- TikTok
- X (Twitter)
- YouTube Trends
2. Sürətli komanda qurun
RTM-də vaxt çox önəmlidir.
Trend yayılandan 2 gün sonra paylaşım etmək artıq gec ola bilər.
Buna görə:
- Dizayner
- Copywriter
- SMM mütəxəssisi
sürətli işləməlidir.
3. Kreativ yanaşma hazırlayın
Sadəcə trend paylaşmaq kifayət deyil.
Brend həmin trendi öz məhsulu ilə əlaqələndirməlidir.
Məsələn:
Pizza markasının futbol oyunu zamanı:
“Matç uzatmaya getsə pizzalar da əlavə olunur 🍕”
paylaşımı kreativ RTM nümunəsidir.
4. Riskləri analiz edin
Hər trendə qoşulmaq olmaz.
Xüsusilə:
- Siyasi hadisələr
- Faciələr
- Həssas mövzular
üzərində RTM etmək brendə zərər verə bilər.
5. Vizual keyfiyyət vacibdir
RTM sürətli olsa da:
- Dizayn keyfiyyəti
- Yazı tonu
- Vizual uyğunluq
peşəkar görünməlidir.
Real Time Marketinq Real Nümunələri
BurgerKing RTM Nümunəsi
Barbie filmi çıxan zaman trend olmuşdu. BurgerKing-də bununla bağlı RTM etmişdi.
Araz Market RTM Nümunəsi
Yolunu dəyişən Pinqvin trend olan zaman Araz Marketlər şəbəkəsi RTM etmişdir.
Bizim Tarla RTM Nümunəsi
Game of Thrones-dakı məhşur “Winter is coming” ifadəsinə görə Bizim Tarla RTM etmişdir.
Carry.az RTM Nümunəsi
Expargo-dan müştərilərinə gedən yanlış sms zamanı Carry.az RTM etmişdir.
YeloBank RTM Nümunəsi
Müharibə vaxtı Cənab İlham Əliyevin dediyi sözə YeloBank RTM etmişdir.
Kombi Evi RTM Nümunəsi
Gəncəyə atılan roket ərəfəsində sakinin dediyi sözə Kombi Evi RTM etmişdir.
AzeriExpress RTM Nümunəsi
Araz Marketlər şəbəkəsi “ən” sözünə görə cərimələnən zaman Azeri Express RTM etmişdir.
WorldTelecom RTM Nümunəsi
Bakıda olan zəlzələ zamanı WorldTelecom RTM etmişdir. Uğursuz olduğuna görə silinmişdir.
Embawood RTM Nümunəsi
Körpü üzərindən qəzaya uğrayan taksini Embawood RTM etmişdir. Uğursuz olduğuna görə silinmişdir.
KFC RTM Nümunəsi
Futbol oyununda çempionluq kubokuna KFC RTM etmişdir.
Nivea RTM Nümunəsi
Xanımların FaceAPP istifadə etməsinə görə Nivea RTM etmişdir.
Real Time Marketinqin Növləri
Real Time Marketinq müxtəlif formalarda tətbiq olunur.
Ənənəvi RTM
Ənənəvi RTM televiziya, radio və outdoor reklamlar vasitəsilə edilir.
Məsələn:
- Futbol matçı zamanı billboard dəyişdirilməsi
- Bayram gününə uyğun TV reklamı
- Hava şəraitinə görə outdoor mesajların dəyişməsi
Bu üsul daha böyük büdcə tələb edir.
Ənənəvi RTM üstünlükləri
- Kütləvi auditoriyaya çatır
- Güclü brend görünürlüğü yaradır
- Offline reklam effekti verir
Rəqəmsal RTM
Ən populyar RTM növü rəqəmsal RTM-dir.
Bu strategiya:
- TikTok
- X (Twitter)
- YouTube
üzərində tətbiq edilir.
Rəqəmsal RTM-in əsas üstünlüyü sürətli və ucuz olmasıdır.
Rəqəmsal RTM nümunələri
- Viral meme paylaşımı
- Trend musiqidən istifadə
- Gündəmlə bağlı story
- Aktual hashtag istifadəsi
Rəqəmsal RTM üstünlükləri
- Ani paylaşım imkanı
- Viral potensial
- Daha aşağı reklam xərci
- Ölçülə bilən nəticələr
Real Time Marketinqin satışlara təsiri
Real Time Marketinq düzgün istifadə edildikdə satışlara ciddi təsir göstərə bilər.
Çünki RTM:
- İnsanların diqqətini çəkir
- Brendi yadda saxlayır
- Məhsula maraq yaradır
- Sayta trafik gətirir
1. Ani satış artımı yarada bilər
Məsələn:
Soyuq havada isti qəhvə kampaniyası paylaşan kafe həmin gün satışlarını artıra bilər.
2. Brend yaddaşını gücləndirir
İnsanlar kreativ RTM postlarını uzun müddət xatırlayır.
Bu isə gələcək alış qərarlarına təsir edir.
3. Sosial sübut yaradır
Viral RTM paylaşımı:
- İnsanların markadan danışmasına
- Paylaşmasına
- Dostlarına göstərməsinə
səbəb olur.
Bu da etibar formalaşdırır.
4. Reklam dönüşümünü yüksəldir
Aktual emosiyalar üzərində qurulan reklamlar daha çox conversion verir.
Çünki insanlar həmin anda mövzu ilə emosional bağ qurur.
🚀 Rəqəmsal Marketinq haqqında daha geniş biliklərə sahib olmaq üçün keçid edin
Real Time Marketinqə (RTM) verilən suallar
Real Time Marketinq (RTM) nədir?
Real Time Marketinq (RTM) — markaların gündəmdə olan hadisələrə, trendlərə və aktual mövzulara real vaxtda reaksiya verərək hazırladığı marketinq strategiyasıdır. Məqsəd insanların diqqətini çəkmək, engagement artırmaq və brend tanınırlığını yüksəltməkdir.
Real Time Marketinq hansı platformalarda istifadə olunur?
RTM ən çox aşağıdakı platformalarda istifadə edilir:
- TikTok
- X (Twitter)
- YouTube
Xüsusilə sosial mediada trend olan mövzular RTM üçün böyük imkan yaradır.
Real Time Marketinq satışlara təsir edirmi?
Bəli, düzgün qurulan RTM strategiyası satışlara müsbət təsir edir. Viral və kreativ paylaşım:
- Sayta trafik gətirə bilər
- Məhsula marağı artıra bilər
- Brend yaddaşını gücləndirə bilər
- Ani satış artımı yarada bilər
Xüsusilə emosional və yumoristik RTM postları daha yüksək nəticə verir.
Real Time Marketinq üçün ən vacib amil nədir?
RTM üçün ən vacib amil sürətdir. Trend mövzu yayıldığı anda reaksiya vermək lazımdır. Gec paylaşılmış RTM kontenti effektiv olmaya bilər.
Bununla yanaşı:
- Kreativ yanaşma
- Doğru zamanlama
- Keyfiyyətli vizual
də çox önəmlidir.
Hər trendə qoşulmaq düzgündürmü?
Xeyr. Hər trend brend üçün uyğun olmaya bilər. Xüsusilə:
- Siyasi hadisələr
- Həssas mövzular
- Faciələr
- Mənfi gündəmlər
üzərində RTM etmək risk yarada bilər. Brend imicinə uyğun olmayan trendlərdən uzaq durmaq tövsiyə olunur.
Rəqəmsal Marketinq kursunu A-Z tədris edirəm.Həmçinin SEO, Google Ads və SMM xidməti göstərirəm.
Digər Bloqlar















