Rəqəmsal Marketinq Strategiyası – İntensiv Digital Marketing Strategiyası qur

rəqəmsal marketinq strategiyası

İnternetdən müştəri qazanmaq istəyirsiniz, amma haradan başlayacağınızı bilmirsiniz? Sosial şəbəkələrdə paylaşım edirsiniz, reklam verirsiniz, amma nəticə istədiyiniz kimi deyil?

Strategiya qurmazdan əvvəl rəqəmsal marketinqin hansı kanallardan ibarət olduğunu bilməlisiniz, bunun üçün Rəqəmsal Marketinq nədir məqaləmi oxuyun. Strategiyanın analiz mərhələsi üçün isə SWOT analizi, PESTEL analizihədəf kütlənin müəyyən edilməsi haqqında bələdçilərim var.

Bunun əsas səbəbi əksər hallarda rəqəmsal marketinq strategiyasının olmamasıdır.

Bir çox biznes reklam verməyi strategiya hesab edir. Əslində isə reklam strategiyanın yalnız kiçik bir hissəsidir. Güclü strategiya olmadan ayrılan reklam büdcəsi çox zaman boşa gedir.

Bu məqalədə siz öyrənəcəksiniz:

  • Rəqəmsal Marketinq Strategiyası nədir?
  • Niyə hər biznes üçün vacibdir?
  • Addım-addım necə hazırlanır?
  • Hansı kanallardan istifadə edilməlidir?
  • Büdcə necə hesablanmalıdır?
  • Praktiki nümunələrlə strategiya necə qurulur?

Rəqəmsal Marketinq Strategiyası nədir?

Rəqəmsal Marketinq Strategiyası biznesin internet üzərindən satış, müştəri və brend tanıtımı məqsədlərinə çatmaq üçün hazırladığı uzunmüddətli fəaliyyət planıdır.

Sadə dillə desək:

“Hansı platformada, hansı auditoriyaya, hansı məzmunu, hansı büdcə ilə və hansı məqsədlə təqdim edəcəyinizi göstərən yol xəritəsidir.”

Strategiya aşağıdakı suallara cavab verir:

  • Kimə satış edirik?
  • Harada reklam verməliyik?
  • Hansı məzmun paylaşmalıyıq?
  • Reklam büdcəsini necə bölməliyik?
  • Satışları necə artıracağıq?
  • Hansı KPI-ları izləməliyik?

Əgər bu sualların cavabı əvvəlcədən müəyyən edilməyibsə, görülən işlər təsadüfi olacaq.

Əlavə olaraq Rəqəmsal Marketinq nədir? adlı məqaləmə keçid edərək bu sahəni detallı öyrənə bilərsiniz.

Rəqəmsala Marketinq Strategiyasının önəmi

Strategiyası olmayan bizneslər adətən belə işləyirlər:

  • Bu gün Instagram paylaşımı
  • Sabah Google reklamı
  • O biri gün TikTok videosu
  • Sonra isə reklam büdcəsi artırılır

Amma nəticə yoxdur.

Çünki bütün bu addımlar arasında əlaqə yoxdur.

Rəqəmsal Marketinq Strategiyası sizə aşağıdakı üstünlükləri verir:

  • Reklam büdcəsinə qənaət
  • Dəqiq hədəf auditoriyası
  • Satışların artması
  • Brend tanınırlığının yüksəlməsi
  • Müştərinin davranışının analiz edilməsi
  • Uzunmüddətli inkişaf

Praktiki nümunə

Təsəvvür edin ki, yeni restoran açmısınız.

Strategiyasız işləsəniz:

  • Hər gün fərqli paylaşım edəcəksiniz.
  • Bəzən reklam verəcəksiniz.
  • Sonra reklamı dayandıracaqsınız.

Strategiya ilə isə:

  • Google Maps optimizasiya olunur.
  • Instagram Reels hazırlanır.
  • TikTok videoları paylaşılır.
  • Google Ads açılır.
  • Açılış kampaniyası hazırlanır.
  • E-mail bazası yaradılır.
  • Müştərilər remarketing reklamları görür.

Nəticədə satış daha stabil artır.

Rəqəmsal Marketinq Strategiyası necə qurulur?

Rəqəmsal Marketinq Strategiyasını qurmağı daha detallı öyrənmək üçün Rəqəmsal Marketinq Kursuma qoşula bilərsiniz.

Gəlin prosesi addım-addım izah edək.

Auditoriyanı müəyyən edin

Ən böyük səhv hər kəsə satış etməyə çalışmaqdır.

Özünüzə sual verin:

  • Müştərim neçə yaşındadır?
  • Harada yaşayır?
  • Gəliri nə qədərdir?
  • Hansı problemlə qarşılaşır?
  • Gününün çox hissəsini hansı platformada keçirir?

Məsələn:

Əgər bahalı mebel satırsınızsa, TikTok-dan çox Google axtarışları daha effektiv ola bilər.

Məqsədləri müəyyən edin

SMART məqsədlər qoymaq tövsiyə olunur.

Məsələn:

❌ Satış artsın.

Əvəzinə:

✔ 6 ay ərzində satışları 30% artırmaq.

və ya

✔ Sayta aylıq 20.000 ziyarətçi gətirmək.

Rəqibləri analiz edin

Araşdırın:

  • Hansı reklamları verirlər?
  • Hansı açar sözlərdə çıxırlar?
  • Hansı platformalarda aktivdirlər?
  • Hansı məzmun daha çox izlənilir?

Bu analiz sizə bazarı daha yaxşı başa düşməyə kömək edəcək.

Kontent planı hazırlayın

Məzmun strategiyanın ən vacib hissələrindən biridir.

Kontent növləri:

  • Blog yazıları
  • Reels videoları
  • TikTok videoları
  • Carousel postlar
  • İnfoqrafikalar
  • Case Study
  • FAQ məqalələri
  • Webinarlar
  • Podcast

Reklam strategiyasını qurun

Artıq müəyyən etməlisiniz:

  • Google Ads
  • Meta Ads
  • TikTok Ads
  • LinkedIn Ads
  • YouTube Ads

Hər platformanın məqsədi fərqli olmalıdır.

Analitika qurun

Mütləq izlənilməlidir:

  • Sayt trafiki
  • Reklam dönüşümləri
  • CPA
  • CPC
  • CTR
  • ROAS
  • Satış sayı
  • Form göndərişləri
  • Telefon zəngləri

Ölçmədiyiniz nəticəni inkişaf etdirə bilməzsiniz.

Rəqəmsal Marketinq Strategiyası qurmaq üçün nə lazımdır?

Yaxşı strategiya üçün aşağıdakılar vacibdir:

  • Güclü veb sayt
  • SEO optimizasiyası
  • Google Analytics
  • Google Search Console
  • Reklam hesabları
  • CRM sistemi
  • Kontent planı
  • Dizayn sistemi
  • Brend dili
  • Müştəri personası
  • KPI-lar
  • Büdcə planı

Əgər bunlardan biri yoxdursa, strategiyada boşluq yaranacaq.

Digital Marketing Strategiyası üçün nə önəmlidir?

Ən vacib məsələlər bunlardır.

Müştərini başa düşmək

Müştərinin problemini anlamadan məhsul satmaq çox çətindir.

İnsan məhsul almır.

Problemin həllini alır.

Kontentin keyfiyyəti

Google artıq çoxlu məqalə yox, faydalı məqalə istəyir.

Sosial şəbəkələr də eyni qayda ilə işləyir.

Məzmun:

  • faydalı,
  • real,
  • praktik,
  • etibarlı olmalıdır.

SEO

SEO uzunmüddətli trafik mənbəyidir.

Bugün yazılan keyfiyyətli məqalə illərlə müştəri gətirə bilər.

Analitika

Əgər reklam işləmirsə:

Səbəbini rəqəmlər göstərir.

Google Analytics və digər analitika alətləri olmadan düzgün qərar vermək çətinləşir.

Davamlı optimizasiya

Strategiya bir dəfə hazırlanıb unudulan sənəd deyil.

Hər ay:

  • reklam,
  • SEO,
  • kontent,
  • satış nəticələri

təhlil olunmalıdır.

Rəqəmsal Marketinq Strategiyası üçün hansı kanallar var?

Biznesdən asılı olaraq müxtəlif kanallardan istifadə olunur.

SEO Kanalı

Google-da orqanik görünürlüğü artırır.

Uzunmüddətli investisiyadır.

Google Ads Kanalı

Axtarış edən hazır müştərilərə çatmağa imkan verir.

Satış yönümlü bizneslər üçün ən güclü kanallardan biridir.

Meta Ads Kanalı

Facebook və Instagram reklamları.

Brend tanıtımı və satış üçün geniş istifadə olunur.

TikTok Kanalı

Video kontentlə qısa müddətdə böyük auditoriyaya çatmaq mümkündür.

Xüsusilə gənc auditoriya üçün effektivdir.

LinkedIn Kanalı

B2B şirkətləri üçün ideal platformadır.

Korporativ xidmətlər burada daha yaxşı nəticə verir.

Email Marketing Kanalı

Köhnə müştəriləri yenidən aktivləşdirir.

Yeni kampaniyaları təqdim etmək üçün effektiv üsuldur.

SMS Marketing Kanalı

Qısa kampaniyalar və xüsusi təkliflər üçün yüksək açılma faizinə malikdir.

YouTube Kanalı

Video marketinq strategiyasının əsas hissələrindən biridir.

Video SEO baxımından da güclü təsir göstərir.

Influencer Marketing Kanalı

Doğru influencer seçilərsə, brendə olan etibarı artırır.

Content Marketing Kanalı

Blog, video, PDF, webinar və digər faydalı məzmunlarla auditoriyanın etibarını qazanmağa kömək edir.

0-dan Rəqəmsal Marketinq Strategiyası üçün nə etməliyik?

Əgər yeni başlayırsınızsa, aşağıdakı ardıcıllıqla hərəkət edin.

  1. Məhsulu müəyyən edin.
  2. Hədəf auditoriyanı seçin.
  3. Rəqibləri analiz edin.
  4. Veb sayt hazırlayın.
  5. SEO qurun.
  6. Google Analytics qoşun.
  7. Search Console əlavə edin.
  8. Kontent planı hazırlayın.
  9. Sosial media strategiyası yaradın.
  10. Google Ads və Meta Ads başladın.
  11. Nəticələri ölçün.
  12. Hər ay optimizasiya edin.

Bu ardıcıllıq biznesiniz üçün möhkəm rəqəmsal təməl yaradacaq.

Digital Marketing Strategiyasında Büdcə necə formalaşır?

Ən çox verilən suallardan biri budur.

“Reklama nə qədər pul ayırmalıyıq?”

Əslində bunun dəqiq cavabı yoxdur.

Büdcə aşağıdakılardan asılıdır:

  • Biznes sahəsi
  • Rəqabət
  • Məhsulun qiyməti
  • Hədəf auditoriyası
  • Satış məqsədi
  • Mövsümilik
  • Reklam platforması

Büdcə bölgüsünə nümunə

Aylıq 3.000 AZN marketinq büdcəsi olan bir şirkət üçün nümunə bölgü belə ola bilər:

  • Google Ads – 40%
  • Meta Ads – 30%
  • Kontent istehsalı – 15%
  • SEO – 10%
  • Analitika və optimizasiya – 5%

Bu bölgü biznesin fəaliyyət sahəsinə uyğun dəyişə bilər.

Büdcə planlaşdırarkən diqqət edilməli məqamlar

  • Bütün büdcəni yalnız reklama xərcləməyin.
  • SEO və kontentə də investisiya edin.
  • Test kampaniyaları üçün ayrıca vəsait ayırın.
  • Hər ay nəticələri müqayisə edin.
  • Ən yüksək dönüşüm gətirən kanallara daha çox büdcə yönləndirin.

Tez-tez verilən suallar

Rəqəmsal marketinq strategiyası nədir?

Rəqəmsal marketinq strategiyası biznesin internet üzərindən müştərilərinə çatması, brend tanınırlığını artırması və satışları yüksəltməsi üçün hazırlanan planıdır. Bu strategiyaya SEO, sosial media marketinqi, Google Ads, Meta Ads, kontent marketinqi, e-mail marketinq və analitika kimi fəaliyyətlər daxil ola bilər.

Rəqəmsal marketinq strategiyası niyə vacibdir?

Düzgün strategiya marketinq büdcəsinin daha effektiv istifadəsinə, doğru auditoriyanın hədəflənməsinə və nəticələrin ölçülməsinə imkan verir. Strategiya olmadan aparılan reklam və kontent fəaliyyətləri isə büdcənin səmərəsiz xərclənməsinə səbəb ola bilər.

Rəqəmsal marketinq strategiyası necə hazırlanır?

İlk olaraq biznesin məqsədləri və hədəf auditoriyası müəyyən edilir. Daha sonra rəqiblər analiz olunur, uyğun rəqəmsal kanallar seçilir və kontent, reklam, SEO və digər marketinq fəaliyyətləri planlaşdırılır. Sonda isə KPI-lar müəyyənləşdirilərək nəticələr mütəmadi olaraq ölçülür və strategiya optimallaşdırılır.

Rəqəmsal marketinq strategiyasında hansı kanallardan istifadə olunur?

Biznesin məqsədlərindən asılı olaraq SEO, Google Ads, Facebook və Instagram reklamları, TikTok, e-mail marketinq, kontent marketinqi, influencer marketinq və digər rəqəmsal kanallardan istifadə edilə bilər. Bütün kanallardan istifadə etmək əvəzinə biznes üçün ən effektiv olanları seçmək daha məqsədəuyğundur.

Rəqəmsal marketinq strategiyasının nəticələri necə ölçülür?

Nəticələr əvvəlcədən müəyyən edilmiş KPI-lar vasitəsilə ölçülür. Əsas göstəricilərə veb-sayt trafiki, lead sayı, satışlar, conversion rate, reklam xərci, ROAS, CPC, CTR və müştəri əldə etmə dəyəri (CAC) daxildir. Bu göstəricilərin mütəmadi analizi strategiyanın daha effektiv hala gətirilməsinə kömək edir.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar