SEO nədir? 0-dan SEO Strategiyası qurmaq

seo nədir

Sizlərə SEO sahəsini tam öyrənəcəyiniz bir məqalə hazırladım. Məqaləni tam oxuyaraq SEO-nu dərindən biləcəksiniz. Elə isə vaxtını itirmə indi başla.

SEO nədir? Axtarış Motoru Optimizasiyası

SEO (Search Engine Optimization) — vebsaytın axtarış motorlarında (Google, Bing və s.) daha yüksək mövqelərdə görünməsi üçün edilən optimizasiya prosesidir. SEO-nun əsas məqsədi orqanik (reklamsız) trafik əldə etmək və düzgün auditoriyanı sayta cəlb etməkdir. Düzgün qurulmuş SEO strategiyası ilə saytınız daha çox istifadəçiyə çatır, brend tanınır və satışlar artır.

SEO-nun açılışı necədir?

SEO termini ingiliscə “Search Engine Optimization” sözlərinin qısaltmasıdır. Azərbaycan dilində isə bu, “Axtarış Motoru Optimizasiyası” kimi tərcümə olunur. Bu proses saytın texniki, məzmun və nüfuz baxımından optimallaşdırılmasını əhatə edir.

  • Search – Axtarış
  • Engine – Sistem (Google, Bing və s.)
  • Optimization – Optimallaşdırma

SEO necə işləyir? Botların işləmə prinsipi

Axtarış motorları xüsusi botlar (crawlerlər) vasitəsilə internetdəki saytları analiz edir və indeksləyir. Bu proses 3 əsas mərhələdən ibarətdir:

  • Botlar saytları skan edir
  • Məzmunu anlayır
  • Keyfiyyətə görə sıralayır
SEO necə işləyir?

Saytın yoxlanması (Crawling)

Botlar saytınızı skan edir, səhifələri və linkləri tapır. Əgər sayt düzgün qurulmayıbsa, botlar bəzi səhifələri görə bilməyə bilər.

İndekslənmə (Indexing)

Tapılan səhifələr axtarış motorunun bazasına əlavə olunur. Bu mərhələdə məzmunun keyfiyyəti və strukturu çox önəmlidir.

Sıralama (Ranking)

İndekslənmiş səhifələr istifadəçinin axtarışına uyğun olaraq sıralanır. Burada yüzlərlə faktor rol oynayır: açar sözlər, backlinklər, istifadəçi təcrübəsi və s.

SEO növləri

SEO bir neçə istiqamətə bölünür:

On-page SEO

on-page seo

Sayt daxilində edilən optimizasiyadır. Buraya məzmun, başlıqlar, meta taglər və açar söz istifadəsi daxildir. Yəni siz bu hissədə yalnız sayt daxilində işlər görəcəksiniz.

Off-page SEO

off-page seo

Sayt xaricində edilən işlərdir. Əsasən backlink (digər saytlardan gələn linklər) üzərində qurulur. Yəni bu hissədə siz sayt xaricində vebsaytınıza trafik çəkmək üçün işlər görəcəksiniz.

Texniki SEO

texniki seo

Saytın texniki tərəflərinin optimallaşdırılmasıdır: sürət, mobil uyğunluq, kod strukturu və s.

Local SEO

Yerə bağlı bizneslər üçün optimizasiyadır. Məsələn, “Bakıda restoran” kimi axtarışlarda görünmək üçün istifadə olunur.

SEO-ya təsir edən addımlar

SEO nəticələrinə birbaşa təsir edən əsas faktorlar bunlardır:

Link strukturu necə olmalıdır?

Best Way To Optimize Your Web URL Structure

URL-lər qısa, aydın və açar söz ehtiva etməlidir. Məsələn:
site.com/seo-nedir daha effektivdir. URL-də bizim hərflər ə, ö, ü, ğ, ı və s hərflər olmamalıdır.

Heading strukturu necə olmalıdır?

heading strukturu

H1 yalnız bir dəfə istifadə olunmalı, H2 və H3 isə məqaləni strukturlaşdırmaq üçün düzgün paylanmalıdır.

Meta title yazmaq qaydası

meta title qaydası

Meta title 50-60 simvol arası olmalı və əsas açar sözü ehtiva etməlidir. İstifadəçini klik etməyə təşviq etməlidir. Meta title-da yaxşı olar ki, açar söz cümlənin əvvəlində gəlsin və rəqəm isttifadə edəsiniz.

Backlink analizi

Keyfiyyətli və nüfuzlu saytlardan gələn backlinklər SEO üçün çox vacibdir. Spam linklərdən uzaq durmaq lazımdır.

Sitemap necə olmalıdır?

Sitemap (site xəritəsi) botların saytınızı daha rahat analiz etməsinə kömək edir. Mütləq sayta əlavə olunmalıdır. Sitemap-in linkini Search Console alətində sitemap hissəsinə əlavə etmək mütləqdir.

Sitemap qurmaq üçün sizə effektiv bir alət təqdim edirəm. Sitemap Alətinə keçid edin.

Robots.txt faylı quraşdırmaq

Bu fayl botlara hansı səhifələri yoxlayıb, hansını yoxlamamalı olduğunu bildirir. Lazımsız səhifələri disallow etməlisiniz.

SEO ilə satışımı necə artıra bilərəm?

SEO vasitəsilə düzgün açar sözlərə fokuslanaraq hədəf auditoriyanı saytınıza cəlb edə bilərsiniz. Məsələn, “ucuz telefon” axtaran istifadəçi artıq alış niyyətindədir. Bu tip açar sözlər satış konversiyasını artırır. Eyni zamanda sürətli sayt, yaxşı dizayn və düzgün CTA (Call to Action) da satışlara müsbət təsir edir.

Açar söz araşdırması

SEO-nun ən vacib mərhələlərindən biridir. İstifadəçilərin hansı sözləri axtardığını tapmaq və həmin sözlərə uyğun kontent yaratmaq lazımdır. Uzun quyruqlu açar sözlər (long-tail keywords) daha az rəqabətli və daha effektiv olur.

Açar söz araşdırması üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

  1. Keyword Planner 
  2. Ahrefs Keyword
  3. Semrush

SEO üçün Google uzantıları

SEO işlərini asanlaşdırmaq üçün müxtəlif Chrome uzantıları mövcuddur:

SeoQuake uzantısı

Saytın SEO göstəricilərini analiz edir: domain authority, backlink sayı və s.

Detailed SEO uzantısı

Səhifənin texniki SEO elementlərini detallı şəkildə göstərir.

SERP analyzer uzantısı

Axtarış nəticələrində rəqibləri analiz etməyə kömək edir.

SERP-i başa düşmək SEO-nu başa düşməkdir – SERP nədir?

SERP (Search Engine Results Page) — istifadəçinin etdiyi axtarışdan sonra qarşısına çıxan nəticə səhifəsidir. Burada saytların sıralanması SEO uğurunun əsas göstəricisidir. İlk səhifədə çıxmaq daha çox trafik deməkdir.

SEO performansımı necə ölçə bilərəm?

SEO nəticələrini ölçmək üçün aşağıdakı alətlərdən istifadə edə bilərsiniz:

  • Google Analytics – Vebsaytınıza gələn müştərilərin davranışlarını ölçə bilərsiniz.
  • Google Search Console – Vebsaytınıza daxil olan traffikləri, vebsayt xətaları, indeks məlumatlarını görə bilərsiniz. 
  • Açar söz sıralamaları – hansı mövqedə olduğunuzu göstərir

Əsas metriklər: trafik, bounce rate, conversion rate və açar söz sıralamalarıdır.

SEO Strategiyası necə qura bilərəm?

Uğurlu SEO strategiyası üçün bu addımları izləyin:

  1. Açar söz araşdırması edin
  2. Rəqibləri analiz edin
  3. Keyfiyyətli kontent (bloq) yaradın
  4. Texniki SEO-nu optimallaşdırın. (Xətaları aşkar edin, vebsaytınızın sürətini artırın)
  5. Backlink strategiyası qurun.
  6. Nəticələri ölçün və davamlı inkişaf etdirin

SEO uzunmüddətli prosesdir, amma düzgün yanaşma ilə davamlı və yüksək nəticələr əldə etmək mümkündür.

SEO Strategiyası qurmaq üçün sizlərə qlobal vebsaytdan aldığım SEO Checklistini bölüşürəm. Checklisti götürmək üçün aşağıdakı buttona klik edə bilərsiniz.

0-dan FULL SEO etmək üçün sizlərə SEO Checklisti hazırladım. Bütün SEO addımları var. Developer yığan saytlar üçün developerlərə SEO üçün hansı briefləri verə bilərsiniz.

SEO Xidməti ilə pul qazanmaq

SEO sahəsini öyrənəndən sonra bu sahədə frilans işlər götürərək pul qazana bilərsiniz. SEO sahəsi indiki dövr üçün önəmli və vacibdir. Həmçinin bizneslər üçün də olduqca mühim sahədir. Bu səbəbdən daimi frilans işlərlər təmin oluna bilərsiniz.

SEO xidməti səhifəmə keçid edərək məlumat ala bilərsiniz.

Tez-tez verilən suallar (FAQ)

SEO nədir?

SEO (Search Engine Optimization) vebsaytın Google və digər axtarış sistemlərində daha yaxşı sıralanması üçün optimallaşdırılması prosesidir. SEO-nun əsas məqsədi vebsayta ödənişsiz, üzvi trafik cəlb etməkdir.

SEO niyə vacibdir?

SEO vebsaytın axtarış nəticələrində görünürlüğünü artırmağa və potensial müştərilərin sayını artırmağa kömək edir. Düzgün SEO strategiyası uzunmüddətli perspektivdə davamlı üzvi trafik əldə etməyə imkan yaradır.

SEO-nun əsas növləri hansılardır?

SEO əsasən On-Page SEO, Off-Page SEO və Texniki SEO olmaqla üç əsas istiqamətə bölünür. On-Page SEO məzmun və səhifə optimallaşdırılmasına, Off-Page SEO xarici keçidlərə və saytın nüfuzuna, Texniki SEO isə saytın texniki quruluşuna fokuslanır.

SEO nəticələrini əldə etmək nə qədər vaxt aparır?

SEO nəticələrinin görünməsi üçün konkret müddət demək çətindir. Nəticələr saytın vəziyyətindən, rəqabətdən, açar sözlərdən və görülən işlərin keyfiyyətindən asılıdır. Adətən SEO qısa müddətli deyil, davamlı və uzunmüddətli strategiya kimi tətbiq olunur.

SEO üçün açar söz araşdırması nədir?

Açar söz araşdırması insanların Google-da hansı söz və ifadələrlə axtarış etdiyini müəyyənləşdirmək prosesidir. Bu araşdırma düzgün mövzular seçməyə, səhifələri optimallaşdırmağa və potensial müştərilərin axtardığı məlumatlara uyğun məzmun yaratmağa kömək edir.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar

influencer marketinq

Influencer Marketinq – Yeni Marketinq Dövrü

İnsanlar artıq reklamlardan çox, güvəndikləri influencerlərin tövsiyələrinə inanırlar. Məhz buna görə influencer marketinq müasir dövrün ən güclü marketinq alətlərindən birinə…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir