SEO Performansınızı artıran 7 Qızıl Qayda: Vebsayt Trafikinizi artırın!

seo performansı

SEO Performansınızı artırmaq üçün sizə 7 qızıl qayda hazırladım. Aşağıdakı qaydaları vebsaytınıza tətbiq edərək traffik sayını artırmağa nail ola bilərsiniz.

SEO nədir və necə olmalıdır? Öyrənmək üçün məqaləmə baxın.

1. SEO Performansı: Schema Kodlar əlavə edin

Schema Kodlar nədir?

Schema (strukturlaşdırılmış data) kodları axtarış motorlarına saytınızdakı məlumatları daha yaxşı anlamağa kömək edir. Bu kodlar sayəsində Google nəticələrində “rich snippet” (ulduz reytinqi, FAQ bölməsi, qiymət və s.) kimi daha diqqət çəkən görünüş əldə edə bilərsiniz.

Məsələn, blog yazılarınız üçün Article Schema, məhsullar üçün Product Schema, tez-tez verilən suallar üçün isə FAQ Schema istifadə edə bilərsiniz. Bu həm klik nisbətini (CTR) artırır, həm də istifadəçi təcrübəsini yaxşılaşdırır.

Schema əlavə etmək üçün JSON-LD formatından istifadə etmək ən effektiv üsuldur və Google tərəfindən də tövsiyə olunur.

Schema Kodları necə yarada bilərsiniz?

ChatGPT-ə istədiyiniz səhifənizi ataraq və ondan həmin səhifə üçün uyğun schema kodun yaradılmasını istəyə bilərsiniz. Həmin kodu səhifənin <head> hissəsinə əlavə edin.

2. SEO Performansı: Search Console datalarından istifadə edin

Search Console ilə nə edə bilərsiniz?

Google Search Console SEO optimizasiyası üçün ən vacib alətlərdən biridir. Bu platforma vasitəsilə saytınızın hansı açar sözlərlə göründüyünü, hansı səhifələrin trafik gətirdiyini və hansı səhifələrin zəif performans göstərdiyini görə bilərsiniz.

Search Console datalarını analiz edərək:

  • CTR-i aşağı olan səhifələri optimizasiya edə bilərsiniz
  • Yeni keyword imkanlarını aşkar edə bilərsiniz
  • Texniki səhvləri (index problemi, mobil uyğunluq və s.) aradan qaldıra bilərsiniz

Bu məlumatlara əsaslanaraq kontentinizi davamlı şəkildə yeniləmək SEO performansınızı ciddi şəkildə artırır.

Search Console SEO üçün istifadə qaydası

Search Console daxil olun və CTR hissəsini seçərək aktivləşdirin. Aşağı hissədə açar sözlər siyahısına baxın və CTR-i aşağı olan potensiallı açar sözləri vebsaytınıza SEO üçün işləyin və ya optimizasiya edin. Potensialı çox olan açar sözlərdə zəif olduğunuz üçün trafik ala bilmirsiniz. Onları seo edərək trafik sayısını çoxalda bilərsiniz.

3. SEO Performansı: Heading Strukturuna diqqət edin

Heading Strukturu nədir?

Heading (H1, H2, H3 və s.) strukturu həm istifadəçilər, həm də axtarış motorları üçün məzmunun skeletidir. Düzgün heading istifadəsi kontentin daha anlaşıqlı və skan edilə bilən olmasını təmin edir.

Əsas qaydalar:

  • Hər səhifədə yalnız 1 ədəd H1 istifadə edin
  • Alt mövzular üçün H2, daha detallı bölmələr üçün H3 istifadə edin
  • Headinglərdə əsas keywordlərdən təbii şəkildə istifadə edin
  • Headinglərdə açar sözlərinizə yaxın olan sözlərdən də istifadə edin. (Semantic SEO)

Düzgün heading strukturu SEO sıralamasına müsbət təsir edir və istifadəçi saytda daha uzun qalır.

Heading Strukturu necə olmalıdır?

heading

Detailed SEO extension vasitəsilə səhifələrinizin Heading Strukturuna baxa bilərsiniz. Səhifədə 1 ədəd H1 olmalıdır. Hər mövzu üçün H2 başlıqlar olmalıdır. Əgər H2 başlıq mövzusu özü də alt başlıqlara bölünərsə H3 olmalıdır. 

4. SEO Performansı: Rəqib Keyword Araşdırması edin

Rəqiblərinizin hansı açar sözlər üzrə trafik qazandığını analiz etmək SEO strategiyanız üçün böyük üstünlükdür. Bunun üçün Ahrefs, SEMrush və ya Ubersuggest kimi alətlərdən istifadə edə bilərsiniz.

Rəqib analizində diqqət etməli olduğunuz məqamlar:

  • Onların sıralandığı əsas keywordlər
  • Ən çox trafik gətirən səhifələri
  • Backlink strategiyaları

Bu məlumatlara əsasən siz daha yaxşı və daha optimallaşdırılmış kontent hazırlaya bilərsiniz.

Rəqibin Trafik aldığı açar sözləri necə görə bilərsiniz?

Pullu alətlərdən istifadə etmək istəmirsizsə sizlərə ödənişsiz istifadə edəcəyiniz aləti təqdim edirəm. Google Keyword Plannerə daxil olun, açar sözlər hissəsində screendə qeyd etdiyim hissəyə rəqibin URL-ni qeyd edin. Açılan pəncərədə rəqibin trafik aldığı açarr sözləri görəcəksiniz.

5. SEO Performansı: Bloqlarınıza mütləq bunları əlavə edin

SEO uyumlu blog yazısı yalnız mətnlə məhdudlaşmamalıdır. Daha yüksək nəticə üçün aşağıdakı elementləri əlavə etməlisiniz:

  • Meta title və meta description
  • Daxili linklər (internal linking)
  • Xarici linklər (external linking)
  • FAQ bölməsi
  • CTA (Call to Action)
  • Listlər, şəkillər

Bu elementlər həm istifadəçi təcrübəsini artırır, həm də Google-un saytınızı daha yaxşı dəyərləndirməsinə kömək edir.

6. SEO Performansı: Şəkillərinizə bunları tətbiq edin

Şəkillər SEO-da tez-tez gözardı edilən, amma çox vacib faktorlardan biridir. Şəkil optimizasiyası sayt sürətini və Google Image trafikini artırır.

Şəkillər üçün diqqət etməli olduğunuz məqamlar:

  • ALT tag əlavə edin (keyword daxil edin)
  • Fayl adını optimizasiya edin (məs: seo-performansi.jpg)
  • Şəkil ölçüsünü sıxın (compress edin)
  • WebP formatından istifadə edin (Png to WebP)
  • Şəkilin həcmi 100KB-300KB arası edin
  • Şəkilləri izah edici edin

Optimallaşdırılmış şəkillər saytınızın yüklənmə sürətini artırır və bu da SEO üçün kritik faktordur.

7. SEO Performansı: Sitemap & Robots.txt faylını düzgün qurun

Sitemap və robots.txt faylları saytınızın axtarış motorları tərəfindən düzgün indekslənməsi üçün vacibdir.

  • Sitemap.xml – saytınızdakı bütün səhifələrin siyahısını Google-a təqdim edir
  • Robots.txt – hansı səhifələrin indekslənəcəyini və hansının bloklanacağını göstərir

Sitemap faylınızı Google Search Console üzərindən əlavə etməyi unutmayın.

Düzgün qurulmuş bu iki fayl sayəsində saytınız daha sürətli indekslənir və SEO performansınız yüksəlir.

Bonus SEO addımı

🚀 0-dan FULL SEO etmək üçün sizlərə SEO Checklisti hazırladım. Bütün SEO addımları var. Developer yığan saytlar üçün developerlərə SEO üçün hansı briefləri verə bilərsiniz.

Tez-tez verilən suallar

SEO performansı nədir?

SEO performansı vebsaytın axtarış sistemlərində nə qədər yaxşı nəticə göstərdiyini ölçən göstəricilər toplusudur. Buraya üzvi trafik, açar söz sıralamaları, kliklənmə faizi (CTR), görünürlük və konversiyalar kimi metriklər daxildir.

SEO performansını necə ölçmək olar?

SEO performansını ölçmək üçün Google Search Console, Google Analytics və müxtəlif SEO alətlərindən istifadə etmək mümkündür. Açar söz mövqeləri, üzvi trafik, kliklər, göstərilmələr, CTR və istifadəçi davranışı mütəmadi olaraq analiz edilməlidir.

SEO performansına hansı amillər təsir edir?

Texniki SEO, saytın sürəti, mobil uyğunluq, keyfiyyətli və faydalı kontent, düzgün açar söz istifadəsi, daxili linklər və keyfiyyətli backlinklər SEO performansına təsir edən əsas amillərdəndir.

SEO performansını necə yaxşılaşdırmaq olar?

İlk növbədə texniki SEO problemləri aradan qaldırılmalı, istifadəçi axtarış niyyətinə uyğun keyfiyyətli kontent hazırlanmalı və səhifələr düzgün optimallaşdırılmalıdır. Bundan əlavə, saytın sürətinin artırılması, daxili link strukturunun yaxşılaşdırılması və keyfiyyətli backlink strategiyasının qurulması nəticələri yaxşılaşdıra bilər.

SEO nəticələrini nə qədər müddətdə görmək mümkündür?

SEO nəticələrinin ortaya çıxması saytın vəziyyətindən, rəqabət səviyyəsindən, seçilən açar sözlərdən və görülən işlərin keyfiyyətindən asılıdır. Bəzi dəyişikliklər daha qısa müddətdə nəticə göstərə bilər, lakin davamlı və nəzərəçarpan SEO nəticələri üçün adətən uzunmüddətli optimallaşdırma və mütəmadi monitorinq tələb olunur.

Bu mövzuda kömək lazımdır?

Kurslarıma baxın və ya birbaşa mənə yazın — layihənizi birlikdə nəzərdən keçirək.

Oxumağa davam et

Digər yazılar

influencer marketinq

Influencer Marketinq – Yeni Marketinq Dövrü

İnsanlar artıq reklamlardan çox, güvəndikləri influencerlərin tövsiyələrinə inanırlar. Məhz buna görə influencer marketinq müasir dövrün ən güclü marketinq alətlərindən birinə…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir